Cənubi Koreyada hərbi vəziyyət elan edilib
Dünya 03 Dekabr 2024, 18:21
34849
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Həmçinin oxuyun
Agentliyin məlumatına görə, hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququ bərpa etmək üçün tətbiq olunub.
Həmçinin bildirilib ki, respublikanın Müdafiə Nazirliyi əsas komandirlərin müşavirəsini keçirməyi tapşırıb və sayıqlığın artırılmasına çağırıb.
2014-cü ildə Ukraynada dövlət çevrilişinin arxasında kim dayanırdı?
"Ukraynada 2014-cü ildə baş vermiş dövlət çevrilişinin arxasında birbaşa ABŞ dayanıb. Dövlət Departamenti, eləcə də digər rəsmi qurumların iştirakı olmadan bu prosesin reallaşması mümkün deyildi".Citypost.az "The New York Times" nəşrinə istinadən xəbər verir ki, bunu "SpaceX" şirkətinin qurucusu, məşhur amerikalı iş adamı İlon Mask deyib."ABŞ tərəfi Ukraynanın demokratik yolla seçilmiş, Rusiyayönümlü prezidentini hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə bu çevrilişi təşkil edib. Söhbət aqressiv bir addımdan gedir və Dövlət Departamentinin, o cümlədən müvafiq idarələrin dəstəyi olmasaydı, belə bir hal yaşanmazdı", - deyə milyarder vurğulayıb.Xatırladaq ki, 2014-cü ilin fevralında genişmiqyaslı etiraz aksiyaları zamanı Ukrayna Ali Radası Viktor Yanukoviçin prezidentlik səlahiyyətlərinə xitam verilməsi barədə qərar...
19 Noyabr 2026, 13:10
Simonyan Azərbaycana gəlir
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.Citypost.az Axar.az-a xəbər verir ki, Simonyan bu barədə jurnalistlərə açıqlamasında deyib.“Gələn ay Azərbaycana səfərim olacaq. Bakıya yox. Çünki Hikmət Hacıyev Ermənistana səfər etmişdi, indi mən də getməliyəm”, - o bildirib.Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.Qeyd edək ki, iyun ayında Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilmişdi....
19 Noyabr 2026, 11:00
İran Yunanıstanda terror planında iştirakını təkzib edib
İran Yunanıstanda İsrail vətəndaşına qarşı planlaşdırıldığı iddia edilən sui-qəsd cəhdi ilə əlaqəsinin olmadığını bəyan edib. Tehran bu barədə yayılan məlumatları əsassız ittiham və təbliğat kampaniyası adlandırıb.Citypost.az Makedoniya İnformasiya Agentliyinə (MIA) istinadən xəbər verir ki, İranın Afinadakı səfirliyinin mətbuat xidməti sosial şəbəkədə yaydığı açıqlamada bəzi KİV-lərin terror planını İranla əlaqələndirən iddialarını qəti şəkildə rədd edib.Səfirlik bildirib ki, bu ittihamlar İsrailin İranı nüfuzdan salmağa yönəlmiş təbliğat və psixoloji müharibə kampaniyasının tərkib hissəsidir. Açıqlamada yayılan məlumatların heç bir etibarlılığa malik olmadığı vurğulanıb.Yunanıstan mediasının məlumatına görə, ölkədə terror aktı və ya sui-qəsd hazırladığı iddia edilən İranla əlaqəli şəbəkənin fəaliyyəti araşdırılır. Hücumun mümkün hədəfi ilə...
19 Noyabr 2026, 09:33
Anqola Kuba investisiyalarını ölkəyə cəlb etməyə çalışır
Anqola Prezidenti Joao Lourenko Kuba ilə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkəsinin Kubadakı yeni səfirinə diplomatik əlaqələrin qorunması və inkişafı istiqamətində bütün səyləri göstərməyi tapşırıb.Citypost.az Prensa Latina agentliyinə istinadən xəbər verir ki, Lourenko Anqolanın Kubaya yeni təyin olunmuş səfiri Felisberto dos Prazeres Martinsin andiçmə mərasimində iki ölkəni birləşdirən tarixi dostluq və sıx əlaqələrdən danışıb. Prezident Kuba xalqının Anqola üçün əhəmiyyətini xüsusi qeyd edərək yeni səfirə fəaliyyətində uğurlar arzulayıb.Prezident Sarayında keçirilən mərasim Havana və Luanda arasında diplomatik münasibətlərin qurulmasının 51-ci ildönümündən bir gün sonra baş tutub.Yeni səfir isə açıqlamasında fəaliyyətinin əsas istiqamətlərindən birinin iqtisadi diplomatiya olacağını bildirib. Onun...
19 Noyabr 2026, 09:29
Vuçiçin partiyası Avropa Xalq Partiyasından çıxarıla bilər
Serbiyanın hakim Serb Tərəqqi Partiyasının (SNS) Avropa Xalq Partiyasından (EPP) çıxarılması məsələsi gündəmə gəlib. Partiyaya üzvlük şərtlərini yerinə yetirmək üçün bir il vaxt veriləcəyi, əks halda təşkilatdan xaric edilə biləcəyi bildirilir.Citypost.az HINA agentliyinə istinadən xəbər verir ki, Belqrad mediasının Brüsseldəki mənbələrə əsaslanaraq yaydığı məlumata görə, oktyabrın 25-də Serbiyada keçirilən parlament seçkilərində məğlub olan SNS Avropa Xalq Partiyasında qalmaq üçün müəyyən edilmiş şərtləri yerinə yetirməlidir.Məlumata əsasən, partiyaya bu tələbləri icra etmək üçün bir il vaxt veriləcək. Əks halda onun Avropa Xalq Partiyasının sıralarından çıxarılması gündəmə gələ bilər.Qeyd edək ki, SNS Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvədir. Xəbər hələlik Belqrad...
19 Noyabr 2026, 01:05
Avropa Parlamentinin sloveniyalı üzvləri Brüsselə müraciət edib
Sloveniyada seçkilərə xarici müdaxilənin qarşısının alınması ilə bağlı müzakirələr Avropa İttifaqı səviyyəsinə daşınıb. Hakim koalisiyanı təmsil edən avropalı deputatlar Brüsseldən ölkənin bu istiqamətdəki səylərinə dəstək istəyiblər.Citypost.az xarici mediaya istinadən xəbər verir ki, Sloveniyadan olan mühafizəkar Avropa Parlamentinin üzvləri Avropa Komissiyasını ölkədə seçkilərin xarici təsirlərdən qorunması təşəbbüsünü dəstəkləməyə çağırıblar.Deputatların müraciəti seçki və referendum kampaniyalarında xaricdən maliyyə alan təşkilatların fəaliyyətini qadağan etməyi nəzərdə tutan qanunvericilik təklifi ilə bağlıdır.Qeyd edək ki, bu təşəbbüs Sloveniyada siyasi mübahisələrə səbəb olub. Daha əvvəl müxalifət nümayəndələri və bir sıra qeyri-hökumət təşkilatları təklifə qarşı çıxaraq onun seçki prosesinə və vətəndaş cəmiyyətinə mənfi təsir göstərə biləcəyini bildiriblər.Turan ...
19 Noyabr 2026, 00:47