Bizə yazın

Baku

-°C

USD

-

Qaribaşvili istefa verib?

Dünya 03 Dekabr 2024, 19:34

30935

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun sədri, keçmiş Baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı sosial şəbəkələrin Gürcüstan seqmentində xəbərlər yayılıb.

CityPost.az xəbər verir ki, məsələyə Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski aydınlıq gətirib.

Vitse-spiker bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Qaribaşvilinin istefası üçün heç bir əsas yoxdur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir ildə 700 mindən çox insan BU SƏBƏBDƏN ÖLÜB

“Lancet” elmi jurnalının illik hesabatı olan “Sağlamlıq və iqlim dəyişikliyi üzrə Lancet geri sayımı”na görə, 2023-cü ildə dünyada rekord sayda – 710 min insan istidən ölüb.Citypost.az xəbər verir ki, Hesabatda qeyd edilir: “İstiliklə əlaqəli ölüm hallarının 2023-cü ildə dünya miqyasında rekord həddə – 710 min ölümə çatıb ki, bunun da 71,5 faizi iqlim dəyişikliyi ilə bağlı olduğu təxmin edilir”.“Lancet” jurnalının məlumatına görə, son 11 il rekord həddə çatıb. 2016-2023-cü illər arasında istidən ölüm halları hər il orta hesabla 540 min ölüm halını təşkil edib ki, bunun da 68,4%-i antropogen iqlim dəyişikliyi ilə bağlı olub. İstidən ölüm hallarının ən yüksək səviyyəsi...

02 Noyabr 2026, 18:00

Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi

Sloveniyada kiberhücumçular 15.000 dövlət işçisinin məlumatlarına çıxış əldə edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Agentliyin veb saytında dərc olunmuş açıqlamada qeyd olunur ki, "Hökumət qurumuna məxsus oğurlanmış veb serverdən istifadə edən bir hücumçunun dövlət idarəetmə sistemindəki istifadəçi hesabı məlumatlarına icazəsiz giriş əldə etdiyi bir kiberhadisə barədə məlumat daxil olub". Məlumatların sui-istifadə riski səbəbindən, təsirlənmiş informasiya sistemlərinin administratorlarına hücumdan təsirlənmiş ola biləcək bütün hesabların parollarını dərhal sıfırlamaq tapşırılıb.İlkin hesablamalara görə, ümumilikdə təxminən 15.000 istifadəçinin məlumatları təhlükə altındadır. ...

02 Noyabr 2026, 16:34

Rusiyada ayı təhlükəsi: 30 nəfər həyatını itirib

Rusiyada 2026-cı ilin əvvəlindən indiyədək ayı hücumları nəticəsində 30 nəfər həyatını itirib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tomsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.Məlumata görə, noyabrın 1-də Pervomayski rayonunun Orexovo kəndi yaxınlığındakı meşəlik ərazidə 62 yaşlı kişinin meyiti aşkarlanıb. Onun bədənində çoxsaylı xəsarətlər qeydə alınıb.Beləliklə, bu ilin əvvəlindən Rusiyada ayı hücumları nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu cür hadisələr daha çox Buryatiya, Kamçatka və Tomsk vilayətlərində qeydə alınıb....

02 Noyabr 2026, 15:02

Belçikanın Baş naziri istefasını Krala təqdim edib

Belçikanın Baş naziri Bart De Vever istefasını Krala təqdim edib.Citypost.az xəbər verir ki, Bu barədə VRT məlumat yayıb.Buna hökumət daxilində büdcə ilə bağlı ixtilafların həll edilə bilməməsi səbəb olub.Ölkənin dövlət borcunun Ümumi Daxili Məhsulundan (ÜMD) 110%-dən çox olduğu (735 milyard avro) bildirilir. Avropa İttifaqı qanunlarına görə isə, üzv dövlətlər üçün ümumi dövlət borcunun yuxarı həddi ümumi daxili məhsulun (ÜDM) 60%-i olaraq müəyyən edilib.Hökumət 10 milyard avro qənaət etmək niyyətindədir və buna nail olmağın yolları barədə koalisiya üzvləri arasında anlaşılmazlıqlar mövcuddur. (APA)...

02 Noyabr 2026, 14:54

Kreml Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə cavab verib

Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.O, Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edib."Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk Dövlətlərinin Təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı", - Kremlin sözçüsü vurğulayıb.Qeyd edək ki, Qazaxıstan Prezidenti...

02 Noyabr 2026, 14:29

Kilsədə ŞOK:Mərhum keşişin uşaqlara qarşı cinayətləri üzə çıxdı

Yeni Zelandiyanın Aotearoa Presviterian Kilsəsi uşaqlara qarşı cinsi istismarda ittiham olunan mərhum keşiş Devid Ventvort Pimmə dair məlumatları açıqlayıb və digər mümkün qurbanları üzə çıxarmaq məqsədilə onun xidmət etdiyi kilsələrin xronologiyasını dərc edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, kilsənin məlumatına görə, 2014-cü ildə vəfat edən Pimm 1955–1986-cı illərdə ölkənin müxtəlif bölgələrində, o cümlədən Qərb Sahilində, Sautlenddə, Houks Körfəzində və Palmerston Nortda dini fəaliyyət göstərib.Kilsə indiyədək onun üç qurbanı ilə əlaqə saxladığını, lakin zərərçəkənlərin sayının daha çox ola biləcəyini ehtimal etdiyini bildirib. Assambleyanın icraçı katibi keşiş Erin Pendreyin sözlərinə görə, Pimm 40 ildən artıq davam edən fəaliyyəti müddətində xidmət etdiyi...

02 Noyabr 2026, 10:34