Bizə yazın

Baku

-°C

USD

-

Ruttedən “Oreşnik”in işə salınmasına REAKSİYA

Dünya 03 Dekabr 2024, 20:12

25357

"Bu, müttəfiqlərin Ukraynanı dəstəkləməsinə mane olmayacaq".

Citypost.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Rusiya prezidenti Vladimir Putinin Ukraynada "Oreşnik"i buraxmaqla və NATO hədəflərini vurmaqla hədələməsi ilə bağlı sualına cavabında deyib.

Rutte bildirib ki, zərbənin məqsədi “Ukraynada mülki əhalini terror etmək və Ukraynanı dəstəkləyənləri qorxutmaqdır”. O, xatırladıb ki, hücum keçən həftə NATO Şurasında müzakirə edilib və müttəfiqlər Ukraynanı dəstəkləməyə davam edəcəklərini təsdiqləyiblər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Robotlar süni intellektə qarşı aksiya keçirdi

Polşanın paytaxtı Varşavada 30-a yaxın robot Rəqəmsal İşlər Nazirliyinin qarşısında aksiya keçirib."Unikal" xarici mətbuata istinadən xəbər verir ki, robotlar süni intellektin nəzarətsiz inkişafının məhdudlaşdırılmasını və insanların iş yerlərinin qorunmasını tələb ediblər.İnsana bənzər robotlar və robot-itlər əllərində bayraqlarla yürüş edib, səsgücləndiricilər vasitəsilə “İş yerlərini qoruyun” və “Qaydalar tətbiq etməyin vaxtıdır” kimi şüarlar səsləndiriblər.Aksiyanı süni intellektin təsirlərini araşdıran yerli "Democratism" təşkilatı təşkil edib. Təşkilatın nümayəndəsi Qjeqoj Kuliş texnologiyaların sürətli inkişafının kütləvi işdən çıxarılmalara səbəb ola biləcəyini bildirib.Aksiyaya Polşanın rəqəmsal işlər naziri Kşiştof Qavkovski də münasibət bildirib. O, əsas təhlükənin humanoid robotlardakı nəzarətsiz süni intellekt olduğunu deyib....

11 Sentyabr 2026, 08:20

Özbəkistan əlifbasını dəyişdi

Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikasına əsaslanan özbək əlifbasının quruluşunu dəyişdirən yeni qanun layihəsini qəbul edib.Citypost.az TASS agentliyinə istinadla xəbər verir ki, senatda səsə qoyulan düzəlişlər ölkədə dil islahatının yeni mərhələsini başladır.Qanunla “Latın qrafikasına əsaslanan Özbək əlifbasının tətbiqi haqqında” qanuna müvafiq dəyişikliklər edilir. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq.Sənəddə keçid dövrünün şərtləri də öz əksini tapıb. Köhnə qrafika ilə tərtib olunmuş rəsmi sənədlər, banknotlar, qiymətli kağızlar, dövlət rəmzləri və mövcud lövhələr yeniləri ilə əvəzlənənədək və ya fiziki olaraq köhnələnədək dövriyyədə qalacaq.Senat nümayəndələrinin fikrincə, bu qərar özbək...

10 Sentyabr 2026, 22:00

Türkiyə Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır

“Bu mərhələ mümkün qədər tez başa çatması, İstanbulda danışıqlar masası qurularaq nəticə əldə edilməsi zəruridir”.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.“Müharibə gəlib çatdığı mərhələdə uzunmüddətli tükətmə müharibəsinə çevrilib. Müharibənin gedişatını dəyişdirəcək heç bir amil olmasa da, proses taktiki qazanclar üzərindən davam edir. Müharibənin daha geniş bir bölgəyə yayılma ehtimalı ilə bağlı müzakirələrin ortaya çıxması, təəssüf ki, daha ağır silahların istifadəsinə başlanacağından danışılması narahatlıq doğurur”, - Çelik əlavə edib....

10 Sentyabr 2026, 20:46

Ermənistan kosmosa 3 peyk buraxacaq

"Ermənistan yaxın illərdə kosmosa ən azı üç peyk buraxmaq niyyətindədir".Citypost.az"Unikal"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Kosmik Sammitində bildirib.O bildirib ki, bu peyklərdən ikisi Yer kürəsinin müşahidəsi, biri isə rabitə üçün nəzərdə tutulacaq. Eyni zamanda, yerüstü infrastruktur və idarəetmə sistemi planlaşdırılır."Biz təkcə Ermənistanın ehtiyaclarını ödəməklə yanaşı, həm də beynəlxalq kosmik missiyaları asanlaşdıra biləcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırırıq", - deyə Ermənistanın baş naziri qeyd edib....

10 Sentyabr 2026, 20:01

İsxak Hersoq Livan prezidenti ilə Kiprdə danışıqlar aparmağı təklif edib

İsrail Prezidenti İsxak Hersoq Kiprdə livanlı həmkarı Jozef Aunla danışıqlar aparmağa ümid etdiyini bildirib.Cityopost.az  EFE-yə istinadən xəbər verir ki, bu barədə Kipr Respublikası Prezident Administrasiyasının press-relizində qeyd olunub."Mənim arzumdur ki, Livan prezidenti, siz və mən burada görüşə bilək. İnanıram ki, biz terrorizmi kökündən məhv edərək, regionun və bütün dünyanın rifahı naminə xalqlara firavanlıq təmin edərək regionumuzda sülhə doğru irəliləməliyik", - o, Nikosiyada Kipr lideri Nikos Xristodulidis ilə görüşündə deyib.Xatırladaq ki, mart ayında Kiprdə İsrail və Livanın "Hizbullah" qruplaşması arasında danışıqların keçirilməsi ehtimalı müzakirə olunurdu, lakin nəticədə bu danışıqlar baş tutmadı. (Report)...

10 Sentyabr 2026, 19:35

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələrini kəsdi 

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib. Citypost.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumata görə, Əlcəzair hakimiyyəti "ikitərəfli əlaqələri qorumaq üçün Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib".İki ölkə arasında bir neçə ildir ki, diplomatik böhran yaranıb və geosiyasi gərginliklər fonunda münasibətlərdə fasilələr yaranıb. Əlcəzair bundan əvvəl Əbu-Dabini daxili işlərinə müdaxilə etməkdə və Əlcəzairin milli birliyini pozmağa cəhd etməkdə ittiham etmişdi....

10 Sentyabr 2026, 17:40