Bizə yazın

Baku

-°C

USD

-

Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 minlik ordu yaratmaqda kömək edəcək

Dünya 24 Dekabr 2024, 16:21

21401

Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 minlik nizami ordu yaratmaqda kömək edəcək.

Citypost.az xəbər verir ki, onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcəklər.

“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - deyə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman qəzetə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 minlik silahlı qüvvələr özəyi formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq. “Həyat Təhrir əl-Şam qruplaşmasının İdlibdən olan 50 min əsgəri, həmçinin [Bəşər Əsəd rejiminin] cinayətlərində əli olmayan hərbçilər və kəşfiyyatçılar yaradılacaq ordunun hərbi dəstəyinə daxil ediləcək” Bu mərhələdə Türkiyə müstəsna əhəmiyyət kəsb edir”, - deyə Osman bildirib.

Türkiyənin verdiyi məlumata görə, Türkiyə hərbçiləri Suriyada həyati əhəmiyyətli beş nöqtədə yerləşdiriləcək.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası XIV Leonun ağciyər xərçəngi ilə bağlı keçirdiyi əməliyyatdan sonra bu gün xəstəxanadan çıxacağı gözlənilir.“Reuters“in xəbərinə görə, bu barədə Vatikan məlumat yayıb.Bildirilib ki, qan testləri və rentgen nəticəsi buna imkan verir.Papa Leo sabah Vatikandakı mənzilindən Müqəddəs Pyotr meydanında keçiriləcək dini mərasimə rəhbərlik edəcək.Qeyd edək ki, 71 yaşlı Papaya bir neçə gün əvvəl ağciyər xərçəngi diaqnozu qoyulub.O, 2025-ci ilin mayından Müqəddəs Taxt-Taca rəhbərlik edir. (APA)...

17 Oktyabr 2026, 14:37

İstanbulda bütün imtahanlar dayandırıldı

İstanbulda davam edən güclü yağışlar və sellər səbəbindən məktəb və universitetlərdə elan olunmuş tətil davam edir. Citypost.az xəbər verir ki, yeni qərarla bu həftəsonu İstanbulda gözlənilən güclü yağış səbəbindən 17-18 oktyabr tarixlərində bəzi təhsil müəssisələrinin fəaliyyəti və imtahanlar dayandırılıb.Bu barədə istanbul valiliyi məlumat yayıb. İstanbul xaricindəki mərkəzlərdə imtahanlar planlaşdırıldığı kimi keçiriləcək. (UNIKAL)

17 Oktyabr 2026, 09:17

Ukraynada 280 mindən çox rus hərbçisi ölüb 

Ukraynaya qarşı genişmiqyaslı müharibədə həlak olan 281 min 753 Rusiya hərbçisinin adı təsdiqlənib.Citypost.az  xəbər verir ki, bu barədə BBC-nin Rus xidməti, “Mediazona” nəşri və könüllülər komandasının birgə araşdırmasında bildirilir.Siyahıda yalnız həlak olduğu adbaad təsdiqlənən hərbçilər yer alır. (Modern.az)

16 Oktyabr 2026, 21:00

Paşinyan və Pezeşkian İrəvanda görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının (COP17) liderlər sammiti çərçivəsində görüşüblər."Sputnik-Armenia" xəbər verir ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.Qeyd edək ki, Paşinyan və Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşüblər.

16 Oktyabr 2026, 15:10

Los-Ancelesdə güclü külək yanğın təhlükəsini artırdı: Sakinlərə xəbərdarlıq edildi

ABŞ-ın Kaliforniya ştatında, Los-Ancelesin qərbində yerləşən Malibu yaxınlığında baş verən meşə yanğını ilə əlaqədar sakinlər üçün təxliyə əmri verilib. Güclü küləklərin alovun yayılma riskini artırması səbəbindən ətraf ərazilərdə də təxliyə xəbərdarlıqları elan edilib.Citypost.az AFP-ə istinadən xəbər verir ki, “Bryson” adlandırılan yanğın cümə axşamı yerli vaxtla saat 17:00 radələrində qeydə alınıb. CAL FIRE-ın məlumatına görə, saat 18:30-a olan vəziyyətə əsasən, alov təxminən 41 hektar ərazini əhatə edib.Los-Anceles Şəhər Yanğından Mühafizə İdarəsi Malibu şəhərinin Ensinal Kanyon bölgəsində yaşayanlara ərazini tərk etmək barədə göstəriş verib. Milli Meteorologiya Xidməti isə güclü külək və aşağı rütubət səbəbindən yanğın təhlükəsinin artacağı barədə xəbərdarlıq edib.Qeyd edək ki,...

16 Oktyabr 2026, 09:31

İndoneziyada zəhərli tüstü böhranı: 4 nəfər öldü, məktəblər bağlandı

İndoneziyanın Yava adasında meşə yanğınları ilə mübarizə zamanı dörd nəfər həlak olub, daha iki nəfər ağır yanıq xəsarətləri alıb. Yanğınların yaratdığı zəhərli tüstü Cənub-Şərqi Asiyada hava keyfiyyətini pisləşdirib, məktəblərin bağlanmasına və tənəffüs problemlərinin artmasına səbəb olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, İndoneziyanın Meşəçilik Nazirliyinin məlumatına görə, yanğınlar Şərqi Yavadakı Bromo Tengger Semeru Milli Parkında baş verib. Ölkənin bir neçə bölgəsində də yanğın ocaqları qeydə alınıb.Tüstünün təsiri Sinqapur və Malayziyaya da yayılıb. IQAir-in məlumatına əsasən, cümə günü Sinqapur dünyanın hava çirkliliyi ən yüksək olan böyük şəhərləri siyahısında ilk sırada yer alıb.Sinqapurun Baş naziri Lorens Vonq bildirib ki, zərurət yaranarsa, ölkə transsərhəd...

16 Oktyabr 2026, 09:27