Bizə yazın

Baku

-°C

USD

-

Türkiyə Suriya ilə birgə hərbi əməliyyatdan danışıb

Dünya 08 Yanvar 2025, 12:13

33797

Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlıları döyüşləri dayandırmasa, onlara qarşı birgə hərbi əməliyyat keçirə bilər.

Citypost.az “Hürriyet”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb.

“Əgər PKK silahı yerə qoymasa, Suriyada başqa administrasiyaya təkid etməyə davam edərsə, o zaman Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”, - deyə o qeyd edib.

Bundan əlavə, Qərb ölkələrinin Suriya kürdləri ilə bağlı “tələbləri” əməliyyat üçün şərt ola bilər, lakin nəşr konkret nəyin müzakirə olunduğunu açıqlamır. Eyni zamanda, Hakan Fidanın fikrincə, Türkiyənin Suriyadakı fəaliyyətinin məqsədi heç vaxt Ankaranın terror təşkilatı kimi tanıdığı PKK-nın ölkədə mövcudluğu olmayıb.

Bundan əvvəl Suriyanın yeni hakimiyyət orqanları PKK-dan silahları yerə qoymağı tələb edirdi. Eyni zamanda kürdlərlə hər hansı güzəştə getmək imkanını da nəzərdən keçirmirlər.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vuçiçin partiyası Avropa Xalq Partiyasından çıxarıla bilər

Serbiyanın hakim Serb Tərəqqi Partiyasının (SNS) Avropa Xalq Partiyasından (EPP) çıxarılması məsələsi gündəmə gəlib. Partiyaya üzvlük şərtlərini yerinə yetirmək üçün bir il vaxt veriləcəyi, əks halda təşkilatdan xaric edilə biləcəyi bildirilir.Citypost.az HINA agentliyinə istinadən xəbər verir ki, Belqrad mediasının Brüsseldəki mənbələrə əsaslanaraq yaydığı məlumata görə, oktyabrın 25-də Serbiyada keçirilən parlament seçkilərində məğlub olan SNS Avropa Xalq Partiyasında qalmaq üçün müəyyən edilmiş şərtləri yerinə yetirməlidir.Məlumata əsasən, partiyaya bu tələbləri icra etmək üçün bir il vaxt veriləcək. Əks halda onun Avropa Xalq Partiyasının sıralarından çıxarılması gündəmə gələ bilər.Qeyd edək ki, SNS Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvədir. Xəbər hələlik Belqrad...

19 Noyabr 2026, 01:05

Avropa Parlamentinin sloveniyalı üzvləri Brüsselə müraciət edib

Sloveniyada seçkilərə xarici müdaxilənin qarşısının alınması ilə bağlı müzakirələr Avropa İttifaqı səviyyəsinə daşınıb. Hakim koalisiyanı təmsil edən avropalı deputatlar Brüsseldən ölkənin bu istiqamətdəki səylərinə dəstək istəyiblər.Citypost.az xarici mediaya istinadən xəbər verir ki, Sloveniyadan olan mühafizəkar Avropa Parlamentinin üzvləri Avropa Komissiyasını ölkədə seçkilərin xarici təsirlərdən qorunması təşəbbüsünü dəstəkləməyə çağırıblar.Deputatların müraciəti seçki və referendum kampaniyalarında xaricdən maliyyə alan təşkilatların fəaliyyətini qadağan etməyi nəzərdə tutan qanunvericilik təklifi ilə bağlıdır.Qeyd edək ki, bu təşəbbüs Sloveniyada siyasi mübahisələrə səbəb olub. Daha əvvəl müxalifət nümayəndələri və bir sıra qeyri-hökumət təşkilatları təklifə qarşı çıxaraq onun seçki prosesinə və vətəndaş cəmiyyətinə mənfi təsir göstərə biləcəyini bildiriblər.Turan ...

19 Noyabr 2026, 00:47

Bolqarıstan Tramp-Putin-Si görüşündə Avropanın iştirakını tələb edir

Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ABŞ, Rusiya və Çin liderlərinin mümkün üçtərəfli görüşündə Avropanın iştirakının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropanın mövqeyi nəzərə alınmadan müharibəyə son qoyacaq razılaşma əldə etmək mümkün deyil.Citypost.az Bolqarıstan Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, Petrova Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında gözlənilən görüşlə bağlı jurnalistlərin suallarını cavablandırarkən diplomatik həll yolunun axtarılması üçün belə bir görüşün keçirilməsini dəstəklədiklərini bildirib.Nazir qeyd edib ki, əldə olunacaq istənilən razılaşmanın hazırlanmasında və icrasında Avropanın iştirakı təmin edilməlidir. O, bu görüşün müharibəyə son qoyacağına inanmadığını, lakin Çinin beynəlxalq proseslərdəki rolunu gücləndirə biləcəyini istisna etməyib.Petrova həmçinin Çin xarici...

19 Noyabr 2026, 00:27

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Qonşumuz olan bir ölkə ilə sülh yaratdıq və adətən münaqişələri olan qonşular arasında sülh yaranır. İndi bu sülhün sənədi, bəyanatları və paraflanmış yekun razılaşması var. İndi deyirik ki, sülhümüz varmı? Var. Tranzitimiz varmı? Var. İkitərəfli ticarətimiz varmı? Var. Sülhün möhkəmləndirilməsinə töhfə verən başqa şeylərimiz varmı? Var. İndi bu münaqişəni bağlamaq üçün son imzalanma, institusionalizasiya yolu ilə getməliyik ki, Ermənistanın uzunmüddətli sülh, inkişaf və rifah dövrünə başlaması mümkün olsun.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Suzanna Avetisyan Bakıda həbsdə olan erməni əsilli separatçı-terrorçuların “geri istənilməsi” ilə bağlı sualına cavab...

18 Noyabr 2026, 21:45

İmamoğluna iki il həbs cəzası verildi

Türkiyənin Cümhuriyyət Partiyasının 38-ci qurultayında qanunsuzluğa yol verilməsi üzrə aparılan məhkəmə istintaqı başa çatıb.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə aralarında CHP-nin keçmiş başqanı Əkrəm İmamoğlu da olmaqla 9 nəfərin barəsində 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.Məhkəmə həmçinin, aşağıdakı şəxsləri “Seçki qanununa zidd hərəkət etmək” ittihamı ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib:Rza AkpolatÖzgür ÇelikNihat YeşiltaşBaki AydönerErkan AydınMehmet KılınçarslanMetin GüzelkayaSerhat Can EşMəhkəmə Cemil Tugay, Hüseyn Yaşar və Özgen Namanın isə bəraət almasına qərar verib. (Modern.az)...

18 Noyabr 2026, 19:32

Parisdə hüquq-mühafizə orqanlarının 500-ə yaxın əməkdaşı etiraz aksiyasına çıxıb

Fransanın paytaxtı Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları Yelisey sarayının yaxınlığındakı Daxili İşlər Nazirliyinin binası qarşısında nümayişə çıxıblar.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.Bildirilib ki, 500-ə qədər polis əməkdaşı Rond-Puen-de-Şam-Elize meydanına toplaşıb, daha sonra isə nazirliyin binasına tərəf gediblər. Onlar davam edən etirazlar fonunda hüquq qaydasının təmin edilməsinə cəlb olunduqlarına görə ödənişlərin artırılmasını tələb edirlər.Nümayişə polisin iğtişaşlarla mübarizə üzrə xüsusi təyinatlı bölməsinin (CRS) əməkdaşları, cinayət istintaqı şöbəsinin, kəşfiyyat xidmətlərinin, məhkəmə-tibbi ekspertizalarının nümayəndələri çıxıblar.Daha əvvəl bildirilmişdi ki, CRS 8 bölməsinin mindən çox əməkdaşı bu gün keçiriləcək genişmiqyaslı etiraz aksiyaları zamanı xidmətə cəlb olunmamaq üçün tibbi müayinədən keçmək məqsədilə...

18 Noyabr 2026, 19:00