Tramp ABŞ-nin 47-ci prezidenti kimi and içib
Dünya 20 Yanvar 2025, 22:01
24933
ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb.
Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotondada 40 ildən sonra ilk dəfə baş tutub.
Respublikaçı Konstitusiyaya və İncil kitabına əlini qoyaraq ölkəsinə sədaqət andı içib.
Həmçinin oxuyun
Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-nin 45-ci və 47-ci prezidentidir.
Trampla yanaşı, 40 yaşlı Ceyms Devid Vens də vitse-prezident kimi and içib.
Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb
Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin “Beşiktaş”-“Hapoel Beer-Şeva” matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.“Azarkeşlərin zorakı hərəkətləri nəticəsində üç nəfər polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hüquq-mühafizə orqanları qanunsuz hərəkətlər edən 16 nəfəri saxlayıb”, - bəyanatda deyilir.DİN “Beşiktaş” azarkeşlərinin bir hissəsinin hələ stadiona gedən yolda təxribatçı davrandığını, polisə müqavimət göstərdiyini bəyan edib. Məlumata görə, bu cür hərəkətlər stadion ərazisində də davam etdirilib. Azarkeşlər stadionun infrastrukturuna ziyan vurub, polislərə oturacaqlar atmağa başlayıblar. Polis asayişi...
27 Noyabr 2026, 12:46
10 dollarlıq biletlə 1 milyon qazandı - 6 gün sonra həbs edildi
ABŞ-nin Massaçusets ştatında 10 dollarlıq lotereya bileti ilə 1 milyon dollar qazanan Salvador əsilli mühacir Ariel Antonio Velaskes-Morales mükafatını aldıqdan cəmi 6 gün sonra İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 2013-cü ildə ABŞ-yə qanunsuz daxil olan və barəsində 2014-cü ildən deportasiya qərarı çıxarılan Velaskes-Morales noyabrın 18-də Massaçusets Dövlət Lotereyasının qərargahında mükafatını rəsmiləşdirib.Üç gün sonra agentliyin sosial media hesabında onun nəhəng 1 milyon dollarlıq çeklə gülümsəyən fotosu paylaşılıb.Noyabrın 24-də Şərqi Bostonda keçirilən əməliyyat zamanı zabitləri görən mühacir qaçmağa cəhd etsə də, qısa təqibdən sonra yaxalanıb.ICE-nin İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Mika Bok məsələyə münasibət...
27 Noyabr 2026, 12:21
Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb
Gürcüstanda dövlət sərhədini qrup halında qanunsuz keçmə, külli miqdarda narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsi və saxlanılması faktlarına görə iki nəfər saxlanılıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisi məlumat yayıb.Həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində saxlanılan şəxslərin Azərbaycan-Gürcüstan dövlət sərhədindəki “Qırmızı körpü” sərhəd sahəsinin “Vaxtanqisi” bölməsindən qanunsuz keçdikləri müəyyən edilib.Onlardan birinin üzərində aparılan axtarış zamanı plastik paketdə olan “tebain” adlı narkotik vasitə aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməllərinə görə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur....
27 Noyabr 2026, 11:30
Niqabı rəsmən qadağan etdilər
İtaliya parlamenti Baş nazir Ciorcia Meloninin sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və ölkədə ciddi müzakirələrə səbəb olan yeni təhsil qanununu qəbul edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, noyabrın 19-da Senatda təsdiqlənən sənəd 400 yerlik Deputatlar Palatasında 112 əleyhinə, 142 lehinə səslə qəbul edilərək qanuni qüvvəyə minib.Yeni qaydalara əsasən, İtaliya məktəblərində şagirdlərin niqab taxması rəsmən qadağan olunur. Bununla yanaşı, siniflərdə italyan dilini kifayət qədər bilməyən əcnəbi şagirdlərin sayına 30 faizlik limit tətbiq edilir və xarici valideynlər üçün italyan dilini öyrənmək məcburi hala gətirilir. Sənəddə həmçinin əlilliyi olan şagirdlərə dəstək, kiberhücumlarla mübarizə və şagirdlərin dərsdən yayınmasının qarşısının alınması kimi tədbirlər də yer...
27 Noyabr 2026, 10:45
Gürcüstandakı qalmaqal böyüyür - Nazirlər də işə qarışdı
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” (İsrail) matçında tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən oyun müvəqqəti dayandırılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, “Batumi Dinamo” stadionunda oynanılan görüşün 25-ci dəqiqəsində türkiyəli azarkeşlərin Fələstinə dəstək bannerləri və bayraqları açmasından sonra tribunada qalmaqal yaşanıb.Gürcüstan polisi “Beşiktaş” tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qazdan təsirlənən azarkeşlərə tibbi yardım göstərilərkən, futbolçular tribunaların önünə gedərək azarkeşləri sakitləşdirməyə çalışıblar. Gərginliyin davam etməsi səbəbindən danimarkalı baş hakim Morten Kroq oyunu dayandıraraq komandaları soyunma otağına aparıb. Təxminən 5 dəqiqəlik isinmə hərəkətlərindən sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi...
27 Noyabr 2026, 09:57
Brüssel evsizlər üçün sığınacaq yerlərinin sayını artırır
Brüsseldə qış mövsümü ərəfəsində evsiz insanlar üçün əlavə sığınacaq yerləri yaradılır.Citypost.az “The Brussels Times” nəşrinə istinadən xəbər verir ki, regional hökumət bu qış üçün artıq 200 əlavə yer istifadəyə verib. Onlardan 130-u subay kişilər, 70-i isə digər ehtiyac sahibləri üçün nəzərdə tutulub.Bildirilib ki, ailələr üçün sığınacaq müraciətləri bir il ərzində 61 faiz artıb. 2026-cı ilin oktyabr ayının sonuna olan məlumata görə, Brüsseldə 2865 təcili sığınacaq yeri mövcud olub. Uzunmüddətli yaşayış və dəstək üçün isə əlavə 991 yer ayrılıb.Bununla yanaşı, federal maliyyələşmənin azaldılması sığınacaq xidmətlərinə ciddi maliyyə təzyiqi yaradır.Turan...
27 Noyabr 2026, 09:35