Bizə yazın

Baku

-°C

USD

-

Tramp Ukraynanın itkilərini yüz minlərlə əsgərlə qiymətləndirib

Dünya 21 Yanvar 2025, 13:13

30949

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ilə münaqişədə itkiləri təxminən 700 min əsgərdir.

Citypost.az “Politico”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. 

"700 minə yaxın ukraynalı əsgər öldürülüb", - Amerika lideri vurğulayıb.

Tramp Ukrayna Silahlı Qüvvələrinin itkilərini yüz minlərlə əsgərlə qiymətləndirib və Ukraynadakı münaqişənin uzanmasına işarə edib. Onun sözlərinə görə, ABŞ tərəflərin itkiləri ilə bağlı rəqəmlərə malikdir. Daha əvvəl Tramp Ukrayna ilə bağlı verdiyi vədi “hələ yarım gün var” ifadəsi ilə şərh edib. ABŞ prezidenti vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoyacağı vədi ilə bağlı sualı cavablandırıb.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Avtomobilini etibarnamə ilə verən şəxsin zərərini kim qarşılamalıdır? – Vəkildən açıqlama

Avtomobilini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verən sürücülər bəzən gözlənilməz problemlərlə üzləşirlər. Belə ki, etibarnamə ilə avtomobili idarə edən şəxs yol-nəqliyyat hadisəsi törədir, nəqliyyat vasitəsinə ciddi ziyan vurur və nəticədə avtomobil sahibi təmir xərcləri ilə üz-üzə qalır. Bəzi hallarda isə avtomobili idarə edən şəxs hadisədən sonra dəymiş zərəri ödəməkdən imtina edir və məsuliyyəti üzərinə götürmür. Bu zaman avtomobil sahibi öz zərərini hansı qaydada tələb edə bilər? Qəza nəticəsində yaranan təmir xərclərini və sürücünün ödədiyi cərimələri həmin şəxsdən geri almaq mümkündürmü?Vəkil Elcan Həsənli Citypost.az-a açıqlamasında bildirib ki, avtomobilini idarə etmək üçün başqa şəxsə etibarnamə verən mülkiyyətçi belə vəziyyətlə qarşılaşdıqda...

03 Noyabr 2026, 11:40

Sahibə Qafarova: Tarixi qələbəmiz böyük potensialın nəticəsidir

Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.Sədr bildirib ki, Tarixi Zəfər dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasına yol açıb və onun əhəmiyyəti ildən-ilə daha aydın şəkildə üzə çıxır: “Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin mövcudluğuna son qoyulub. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların onilliklər boyu kağız üzərində qalan qətnamələrinin icrası təmin edilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir”....

03 Noyabr 2026, 11:25

Latviya Ukrayna ilə bağlı BMT TŞ-nin təcili iclasını çağırır

Latviya Ukraynaya ən azı 26 nəfərin ölümü ilə nəticələnən son Rusiya zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb."Report" xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib."Latviya Ukraynanın mülki əhalisinə, o cümlədən azı 26 dinc sakinin həlak olduğu Kamışevaxadakı humanitar yardım paylanma məntəqəsinə Rusiya hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb", - B.Braje bildirib.Xatırladaq ki, noyabrın 2-də Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə kütləvi zərbə endirib, nəticədə 26 nəfər ölüb....

03 Noyabr 2026, 10:13

10 ölkədən 2800 hərbçi Polşada toplaşacaq

Avropanın 10 ölkəsindən təxminən 2800 hərbçi noyabrın 9-dan 22-dək Polşada keçiriləcək hərbi təlimlərdə iştirak edəcək. Təlimlərin məqsədi Ukraynada mümkün atəşkəsdən sonra ölkəyə dəstək vermək üçün yaradılan çoxmillətli qüvvələrin fəaliyyət hazırlığını yoxlamaqdır.Citypost.az  France 24-ə istinadən xəbər verir ki, Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi “Çoxmillətli Qüvvələr – Ukrayna” (MNF-U) çərçivəsində keçiriləcək təlimlər Polşanın cənub-şərqində, Ukrayna sərhədindən təxminən 100 kilometr məsafədə yerləşən Nova Deba şəhəri ətrafında təşkil olunacaq.Təlimlərdə Belçika, Estoniya, Almaniya, Fransa, Litva, Niderland, Polşa, İspaniya, İsveç və Böyük Britaniyanın hərbçiləri iştirak edəcəklər. Ən böyük kontingenti 1100 hərbçi ilə Fransa təmin edəcək, Böyük Britaniya isə 300 əsgər göndərəcək.2025-ci ildə yaradılan və qərargahı...

03 Noyabr 2026, 09:30

Pxenyan ABŞ-ın kiberhücum ittihamlarını rədd etdi

Şimali Koreya ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Binance kriptovalyuta platformasından təxminən 6 milyard dolların oğurlanmasında Pxenyanla əlaqəli haker qrupunu ittiham etməsini kəskin tənqid edib. Eyni zamanda ölkə hərbi imkanlarını nümayiş etdirmək məqsədilə strateji qanadlı raketlərin sınağını keçirib.Citypost.az xəbər verir ki, AFP-nin məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Jong FTB-nin ittihamlarını “ciddi siyasi təxribat” adlandırıb. O, ABŞ-ın Pxenyanı kriptovalyuta oğurluğunda ittiham etməsini əsassız və absurd ritorika kimi qiymətləndirib.FTB şənbə günü açıqlama yayaraq, Binance platformasına qarşı həyata keçirilən kiberhücumun arxasında Şimali Koreya ilə əlaqəli TraderTraitor adlı haker qrupunun dayandığını bildirib. Ekspertlərin fikrincə, sözügedən oğurluq miqyasına görə tarixdə...

03 Noyabr 2026, 09:25

Tayvanda dəniz dronlarının istehsalına investisiya uğrunda rəqabət güclənir

Çinin artan hərbi təzyiqi fonunda Tayvan dəniz və hava dronlarının istehsalına milyardlarla dollar investisiya yatırmağa hazırlaşır. Bu isə yerli və xarici müdafiə sənayesi şirkətləri arasında rəqabəti gücləndirib.Citypost.az xarici KİV-lərə görə istinadən xəbər verir ki, Tayvanın Tainan şəhərində keçirilən Dəniz Texnologiyaları və Pilotsuz Robototexnika Sərgisində ABŞ, Sinqapur və yerli şirkətlər yeni nəsil pilotsuz suüstü və sualtı aparatlarını nümayiş etdiriblər.Tayvan hökuməti 1400-dən çox sahil müşahidə və kəşfiyyat dronu, 200 mindən artıq hücum dronu və 1320 pilotsuz suüstü gəmi əldə etməyi hədəfləyir. Bu məqsədlə parlament 7,4 milyard dollar dəyərində pilotsuz sistemlərin inkişafı və müdafiəsi ilə bağlı qanun layihəsini də qəbul edib.Məlumata görə, Tayvan...

03 Noyabr 2026, 09:23