Bizə yazın

Baku

-°C

USD

-

Tramp BRİKS ölkələrinə 100% rüsum tətbiq etməklə hədələyib

Dünya 21 Yanvar 2025, 14:29

23932

ABŞ BRİKS ölkələri ilə bağlı 100% ticarət rüsumları tətbiq edə bilər.

Citypost.az xəbər verir ki, belə bir təhlükəni ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir sıra fərmanların imzalanması zamanı dilə gətirib.

Eyni zamanda Amerika lideri xatırladıb ki, bunu əvvəllər də bəyan edib və onun sözlərini təhdid kimi qəbul etmək olmaz.

"Biz onların ABŞ-la apardıqları işlərə ən azı 100% rüsum tətbiq edəcəyik. Siz BRİKS-in nə olduğunu bilirsiniz, hə? Bilirsiniz", - o, jurnalistlərə müraciət edib.

Bundan əvvəl Bloobmerg agentliyi məlumat vermişdi ki, genişləndirilmiş BRİKS assosiasiyası neft və qaz ticarətində Amerika dollarının hökmranlığına meydan oxuya bilər, həmçinin “Böyük Yeddilik”ə əks çəkiyə çevrilə bilər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp 13 nəfərin ölümünə və 32 nəfərin yaralanmasına səbəb olan hücuma görə məhkum edilmiş keçmiş ordu mayoru Nidal Malik Həsənin edamının canlı yayımlanmayacağını açıqlayıb.Modern.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.ABŞ Prezidenti bildirib ki, Həsən 13 nəfəri, o cümlədən hamilə hərbçi qadını və onun bətnindəki körpəni öldürüb, daha 32 nəfəri isə ağır yaralayıb.Trampın sözlərinə görə, Federal Təhqiqat Bürosu Barak Obama administrasiyası dövründə Həsənlə radikal din xadimi Ənvər əl-Əvləki arasındakı elektron yazışmaları ələ keçirsə də, həmin vaxt müstəntiqlər bu yazışmaları təhlükə hesab etməyiblər. Prezident bunu sonradan “ciddi kəşfiyyat uğursuzluğu kimi qiymətləndirilən...

15 Oktyabr 2026, 20:20

Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü

İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrinin müavini Dündar Ziya Gültekin ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib."Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Məlumata görə, hadisə günorta saatlarında Anadolu magistralında qeydə alınıb. Yağış səbəbindən sürüşkən olan yolda üç avtomobil toqquşub. Hadisə zamanı beş nəfər xəsarət alıb. Qəza zamanı ağır yaralanan Gültekin xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Xəbərdə bildirilir ki, sədr müavini qəzaya düşdükdən sonra infarkt keçiribmiş....

15 Oktyabr 2026, 19:40

Dağıstan Respublikasına yeni rəhbər seçilib

Fyodor Şukin Dağıstan Respublikasının rəhbəri seçilib.APA-nın Rusiya bürosu xəbər verir ki, Dağıstan parlamenti Şukini respublikanın rəhbəri vəzifəsinə seçib.Qeyd edək ki, Şukin bu vəzifəyə qədər Dağıstanın Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.Xatırladaq ki, bundan əvvəl Respublikaya Sergey Melikov rəhbərlik edib. O, bu ilin may ayında vəzifəsindən gedib.

15 Oktyabr 2026, 18:28

Alimlər iqlim dəyişikliyinə insan təsirinin yeni sübutlarını üzə çıxarıblar

İnsan fəaliyyətinin qlobal istiləşməyə təsirini təsdiqləyən elmi sübutlar son 17 ildə daha da güclənib. Yeni araşdırma göstərir ki, insan təsirinin izlərini stratosferdən okeanların dərinliklərinə qədər iqlim sisteminin müxtəlif hissələrində müşahidə etmək mümkündür.Citypost.az “Earth’s Future” jurnalına istinadən xəbər verir ki, Şərqi İngiltərə Universitetinin professoru Benjamin Santerin rəhbərlik etdiyi tədqiqatçılar istixana qazı tullantılarının Yer kürəsinin iqlimində yaratdığı dəyişiklikləri təhlil ediblər.Alimlər bildirirlər ki, iqlim sistemində müşahidə olunan dəyişikliklər insan təsirini təbii iqlim dəyişkənliyindən ayırmağa imkan verir. Bu təsirlər istilik dalğaları, daşqınlar, meşə yanğınları və kənd təsərrüfatında məhsul itkilərinin tezliyinə və intensivliyinə də təsir göstərə bilər.Tədqiqatçılar xəbərdarlıq edirlər ki, istixana qazı tullantılarının tənzimlənməsinin zəiflədilməsi...

15 Oktyabr 2026, 10:29

Fransada kiberhücumlar ərzaq məhsullarını təhlükə altına saldı

Fransada supermarketlərin soyuducu sistemlərinə qarşı kiberhücumlar genişlənərək Dixell texnologiyasına əsaslanan avadanlıqları da əhatə edib.Citypost.az Euronews-ə istinadən xəbər verir ki, hücumçular bəzi mağazalarda soyuducuların temperatur parametrlərini dəyişdiriblər. Bordo bölgəsində bir supermarketdə dondurucuların temperaturunun kəskin artması vaxtında aşkarlanaraq məhsulların xarab olmasının qarşısı alınıb. Lakin Tarn bölgəsindəki E.Leclerc mağazası soyuduculardakı ərzaqları atmağa məcbur olub.Fransanın İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentliyi Dixell proqram təminatına təsir edən hücumlardan xəbərdar olduğunu bildirib. Mütəxəssislər soyuducu avadanlıqların idarəetmə sistemlərinin internet üzərindən yetərincə qorunmadan əlçatan olmasının ciddi təhlükə yaratdığını vurğulayırlar.Bu arada, Niderlandda Albert Heijn supermarket şəbəkəsi ayrıca kiberhücumdan sonra paylama mərkəzlərinin fəaliyyətini bərpa etməyə çalışır. Şirkət müştəri məlumatlarının oğurlanmasına...

15 Oktyabr 2026, 10:24

Kolumbiyada minlərlə insan sağçı prezidentə qarşı etiraz edib

Kolumbiyada minlərlə insan yeni sağçı prezident Abelardo de la Espriellanın siyasətinə və təklif etdiyi əmək və pensiya islahatlarına qarşı etiraz aksiyası keçirib.Citypost.az France 24-ə istinadən xəbər verir ki, avqust ayında vəzifəyə başlayan prezidentə qarşı keçirilən nümayişlər ölkə üzrə dinc şəraitdə baş tutub. Boqotada keçirilən mitinqə keçmiş prezident Qustavo Petro, həmkarlar ittifaqlarının üzvləri, tələbələr, yerli icmaların nümayəndələri və feminist fəallar qatılıblar.Etirazçılar əmək hüquqlarının və sosial təminatların qorunmasını tələb edərək hökumətin siyasətini tənqid ediblər. De la Espriellanın nümayişlər zamanı zorakılıq və küçələrin bağlanması hallarına qarşı sərt tədbirlər görülməsinə dair xəbərdarlığı da müxalifətin narazılığına səbəb olub.Qeyd edək ki, prezidentin tənqidçiləri onun siyasətinin azlıqların...

15 Oktyabr 2026, 10:17