Bizə yazın

Baku

-°C

USD

-

Zelenski İsveçrəyə gəlib

Dünya 21 Yanvar 2025, 15:38

9775

Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrənin Davosa səfər edib.

Citypost.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Ukrayna prezidenti Vladimir Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcəyi Davosa (İsveçrə) gəlib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ukraynalı EEF-də çıxış etməklə yanaşı, müxtəlif ölkələrin liderləri ilə ikitərəfli danışıqlar, eləcə də iri biznes nümayəndələri ilə görüşlər planlaşdırıb.

Bundan əvvəl ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfdarları ilə görüşü zamanı Vladimir Zelenskinin Moskva ilə razılaşmaya hazır olduğunu bildirib. O vurğulayıb ki, Ukraynadakı münaqişəyə son qoymağın mümkün vaxtını Vladimir Putinlə söhbətdən sonra anlayacaq və bu, çox yaxında baş tuta bilər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paşinyan rus dilini öyrənir 

Ermənistan Baş naziri Nikol Paşinyan rus dili üzrə kurs keçdiyini açıqlayıb.Citypost.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, hazırda Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərində iştirak edir. N.Paşinyan bununla Ermənistan əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət qulluqçularının səmərəli işləməsi üçün xarici dilləri, ilk növbədə ingilis dilini öyrənməli olduqları ilə bağlı açıqlamasına münasibət bildirib:“Nəyə görə yalnız ingilis dili? Mən, məsələn, Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə gedirəm. Başqa biri yapon, çin, ispan, alman dili kurslarına gedə bilər”.Xatırladaq ki, N.Paşinyan sentyabrın əvvəli Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində ilk dəfə öz çıxışını erməni...

17 Sentyabr 2026, 13:37

Timsahların yaşadığı çay 2032 Olimpiadasına təsdiqləndi

2032-ci il Brisben Olimpiya Oyunlarında avarçəkmə və kanoe yarışlarının keçiriləcəyi Rokhamptondakı Fitzroy çayı təsdiqlənib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Brisbendən təxminən 600 kilometr şimalda yerləşən çayda dəniz timsahlarına rast gəlinir. Məkanla bağlı əsas narahatlıqlar isə çayın daşqınlara meyilli olması, güclü cərəyanlar və yarışlar zamanı idmançılar üçün bərabər şəraitin təmin edilməsi ilə bağlı olub.Minlərlə insan yarışların Brisben yaxınlığında xüsusi tikiləcək məkana keçirilməsi üçün petisiya imzalasa da, müstəqil qiymətləndirmə Fitzroy çayının Olimpiya və Paralimpiya yarışları üçün uyğun olduğunu təsdiqləyib.World Rowing və Paddle Worldwide tərəfindən aparılan qiymətləndirmədə çay axınları, suyun səviyyəsi və külək şəraiti də nəzərə alınıb. Təşkilatların rəhbərləri bildiriblər ki, araşdırmalar...

17 Sentyabr 2026, 10:19

Avstraliya mənzil böhranına görə miqrasiyanı sərtləşdirir

Avstraliya hökuməti mənzil çatışmazlığını azaltmaq məqsədilə miqrasiya siyasətini sərtləşdirəcək. Daxili işlər naziri Toni Börk bildirib ki, tələbələr və işləyən tətilçilər üçün viza qaydaları dəyişdiriləcək, viza müddətini aşan şəxslərə qarşı tədbirlər gücləndiriləcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, xalis xarici miqrasiya 2022-ci ildə 538 min nəfərlə rekord həddə çatdıqdan sonra mart ayına qədər olan bir ildə 292,1 min nəfərə düşüb. Hökumət gələn il bu göstəricini 225 minə endirməyi hədəfləyir.Börk qeyd edib ki, miqrasiya Avstraliya üçün əsasən müsbət amildir, lakin mənzil təminatının geridə qalması siyasətdə dəyişiklik tələb edir. O, mənzil çatışmazlığının birbaşa miqrantlardan qaynaqlanmadığını da vurğulayıb.Yeni qaydalara əsasən, tələbələrin...

17 Sentyabr 2026, 10:12

BMT-dən XƏBƏRDARLIQ: Dünyada su dövranı qeyri-sabitləşir

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada su dövranının getdikcə daha qeyri-sabit və gözlənilməz hala gəldiyi barədə xəbərdarlıq edib.Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına görə, 2025-ci il son 35 ilin ən quraq illərindən biri olub. Hesabatda həmçinin qlobal şirin su ehtiyatlarının artıq on ildir azaldığı, buzlaqların isə ardıcıl dördüncü il əhəmiyyətli dərəcədə kütlə itirdiyi bildirilib.Məlumata əsasən, 2023–2025-ci illərdə buzlaqlar ümumilikdə 1400 giqaton su itirib. Dünyada monitorinq olunan quyuların təxminən üçdə ikisində 2025-ci ildə yeraltı suların səviyyəsi tarixi normadan kənar olub.ÜMT-nin baş katibi Seleste Saulo bildirib ki, hazırkı El Nino modeli bəzi bölgələrdə quraqlıq, digərlərində isə daşqın riskini...

17 Sentyabr 2026, 10:08

Rusiya fermerləri qış buğdasının əkilməsindən kütləvi şəkildə imtina etməyə başlayıblar  

Rusiya taxıl ixracını iflic edən və fermerləri gəlirsiz qoyan Qara dəniz limanlarının bağlanması, Rusiyada illik taxıl məhsulunun üçdə ikisini təşkil edən qış buğdasının əkinini təhlükəyə atdı;Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "SovEcon" analitik mərkəzinin hesabatında deyilir ki, sentyabrın əvvəlinə olan məlumata görə, Rusiya kənd təsərrüfatı istehsalçıları 2,4 milyon hektar buğda da daxil olmaqla 2,6 milyon hektar ərazidə qış bitkiləri əkiblər ki, bu da son illərin orta səviyyəsindən 25% aşağıdır.SovEcon-a görə, avqust və sentyabr aylarında Rusiyanın taxıl ixracı 2010-cu ildən bəri ən aşağı səviyyəyə düşüb ki, bu da bu aylar üçün orta göstəricidən təxminən üç dəfə çoxdur. Və daxili qiymətlər...

17 Sentyabr 2026, 09:52

Çin Paşinyana dekorativ yelkənli qayıq hədiyyə edib

Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyana Çin tərəfindən hədiyyə edilən dekorativ yelkənli qayıq barədə məlumat yayıb.Citypost.az Qəzetə istinadən xəbər verir ki, avqustun 7-də Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sinvey Lin Paşinyana hədiyyə olaraq bütöv bir dekorativ yelkənli qayıq təqdim edib.Məlumata görə, hədiyyə Baş Nazir Aparatının Protokol şöbəsi vasitəsilə təhvil verilib. “Hraparak” bu məlumatı Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasından əldə etdiyini bildirib.Komissiyanın məlumatına əsasən, dekorativ yelkənli qayığın dəyəri 563 133 erməni dramıdır (2624.99 AZN)Turan...

17 Sentyabr 2026, 09:50