Bizə yazın

Baku

-°C

USD

-

Netanyahu İordan çayının qərb sahilində əməliyyata başladığını açıqlayıb

Dünya 21 Yanvar 2025, 16:38

23501

İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb.

Citypost.az  xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu öz ofisindən bildirib.

“Siyasi Təhlükəsizlik Kabinetinin rəhbərliyi altında İD, Şin Bet və İsrail polisi Cenində “Dəmir Divar” adlı terrorizmin kökünü kəsmək üçün genişmiqyaslı və mühüm hərbi əməliyyata başlayıb”, - deyə siyasətçi bildirib. Netanyahu vurğulayıb ki, İsrail ordusu “müqavimət oxuna” qarşı “metodik və qətiyyətli” hərəkət edir.

Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının atəşkəs razılaşması çərçivəsində İsrail qoşunlarının geri çəkilməsindən sonra Qəzza zolağına nəzarəti bərpa etdiyi məlum olub. Qeyd olunur ki, hərəkat artıq minlərlə döyüşçünü küçələrə çıxarmağa başlayıb və ərazidə dominant qüvvə olaraq qalır.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyə Suriya ilə şəhərsalma sahəsində əməkdaşlıq edəcək

Türkiyə Suriyanın yenidən qurulması prosesində mənzil tikintisi, şəhərsalma, infrastruktur və ətraf mühitin idarə olunması sahələrində əməkdaşlığa hazırdır."Report"un Türkiyə bürosu xəbər verir ki, bunu COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalyada keçirilən sammit çərçivəsində Suriyanın yerli idarəetmə və ətraf mühit naziri Məhəmməd Ancarani ilə görüşündən sonra bildirib.O qeyd edib ki, görüşdə mənzil tikintisi, şəhərsalma, infrastruktur, ətraf mühitin idarə olunması və yerli idarəetmə orqanlarının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub....

13 Noyabr 2026, 17:34

Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!

Rusiya Finlandiyanın NATO-dan çıxmasını və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsini tələb edir.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.“Yeni Avropa təhlükəsizlik nizamı ilə bağlı sərt şərtlər Rusiya nümayəndələri tərəfindən müharibənin dayandırılmasına dair qeyri-rəsmi danışıqlarda irəli sürülüb. Bu şərtlər həmçinin Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib. Moskva Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamağı və Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası istəyir.Bundan əlavə, Rusiyanın planı NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, eləcə də Finlandiyanın Alyansdan çıxmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq...

13 Noyabr 2026, 17:20

Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu

Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.Məlumata görə, idmançını müşayiət edən şəxslərdən biri də eyni cəzanı alıb. Məhkəmə iclasında iştirak etmiş şəxslərin tanışına istinadən yayılan xəbərdə Nurməhəmmədov və onun yoldaşının hər biri 300 min dirhəm (81 min dollardan çox) cərimələnib.M.Dvalişvili və onun dostu Saba Lazişvili isə həbs cəzasından yayınıblar. Onların hər birinə hadisənin görüntülərini yaydıqlarına görə 50 min dirhəm (təxminən 13 min 600 dollar) cərimə kəsildiyi qeyd olunur.Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və...

13 Noyabr 2026, 16:41

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb. Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan “Amazon” şirkətinin...

13 Noyabr 2026, 15:05

Microsoft Outlook 74 ölkədə xidmətləri sıradan çıxardı

Microsoft-un Outlook, Teams və Copilot daxil olmaqla bir sıra xidmətlərində noyabrın 12-də qlobal miqyasda ciddi nasazlıq qeydə alınıb. Kəsinti nəticəsində 74 ölkə və ərazidə on minlərlə istifadəçi xidmətlərə daxil olmaqda çətinlik çəkib.Citypost.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.Nasazlıq xüsusilə Outlook elektron poçt xidmətinin fəaliyyətinə təsir göstərib. İstifadəçilər elektron məktublarına daxil ola bilməyib, həmçinin Microsoft-un digər platformalarında da bağlantı problemləri yaranıb.Şirkət problemin infrastrukturun ayrı-ayrı hissələrində yükün kəskin artması ilə əlaqədar olduğunu açıqlayıb. Microsoft bildirib ki, nasazlığın təsirlərini azaltmaq üçün bir neçə istiqamətdə tədbirlər görülür. Bu çərçivədə yeni yerləşdirmələr dayandırılıb, əlavə trafik təsirlənmiş serverlərdən digər infrastruktura yönləndirilib və serverlərin...

13 Noyabr 2026, 09:49

Süni intellektlə işləyən “elektron burun” hazırlanıb

Alimlər qoxuları tanımaq, rəqəmsal məlumatlara çevirmək və internet vasitəsilə başqa cihazda yenidən yaratmaq imkanı verən yeni texnologiya hazırlayıblar.Citypost.az xəbər verir ki, Ohayo Universitetinin tədqiqatçıları tərəfindən yaradılan “Scentronic” adlı sistem elektron burun, süni intellekt alqoritmləri və xüsusi qoxu generatorunu birləşdirir.Sistem altı qaz sensoru vasitəsilə qoxu yaradan uçucu üzvi birləşmələri müəyyənləşdirir. Daha sonra süni intellekt aşkarlanan qoxunu təhlil edərək təsnif edir və əldə olunan məlumatları Wi-Fi vasitəsilə uzaqdakı cihaza ötürür.Tədqiqat zamanı pivə, tort, qəhvə, portağal və qırmızı şərab qoxuları sınaqdan keçirilib. Qəbuledici cihaz isə əvvəlcədən hazırlanmış ətirli mayeləri xüsusi texnologiya ilə incə aerozola çevirərək müvafiq qoxunu yenidən yaradır.Alimlər bildirirlər ki, texnologiya tibbdə,...

13 Noyabr 2026, 02:03