Netanyahu İordan çayının qərb sahilində əməliyyata başladığını açıqlayıb

Dünya

21 Yanvar 2025, 16:38
Netanyahu İordan çayının qərb sahilində əməliyyata başladığını açıqlayıb
20

İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb.

Citypost.az  xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu öz ofisindən bildirib.

“Siyasi Təhlükəsizlik Kabinetinin rəhbərliyi altında İD, Şin Bet və İsrail polisi Cenində “Dəmir Divar” adlı terrorizmin kökünü kəsmək üçün genişmiqyaslı və mühüm hərbi əməliyyata başlayıb”, - deyə siyasətçi bildirib. Netanyahu vurğulayıb ki, İsrail ordusu “müqavimət oxuna” qarşı “metodik və qətiyyətli” hərəkət edir.

Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının atəşkəs razılaşması çərçivəsində İsrail qoşunlarının geri çəkilməsindən sonra Qəzza zolağına nəzarəti bərpa etdiyi məlum olub. Qeyd olunur ki, hərəkat artıq minlərlə döyüşçünü küçələrə çıxarmağa başlayıb və ərazidə dominant qüvvə olaraq qalır.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%