Bizə yazın

Baku

-°C

USD

-

Uşakov: "Rusiya ABŞ-la ciddi dialoqa hazırdır"

Dünya 21 Yanvar 2025, 16:49

17658

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib ki, Rusiya ABŞ-ın yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa hazırdır.

Citypost.az xəbər verir ki, Uşakovun sözlərinə görə, Vaşinqtondan müvafiq siqnal alınarsa, Moskva danışıqlarda iştirak edəcək.

“Vaşinqtondan müvafiq siqnallar gələrsə, biz ABŞ-ın yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa hazırıq və açığıq”, - deyə Uşakov bildirib. O əlavə edib ki, Kreml “siqnalları alacaq” və danışıqlara hazır olacaq.

Bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə Vladimir Putin Moskvanın “ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıq olduğunu” söylədi. Bununla yanaşı, Putin münaqişənin həllinin məqsədinin qısamüddətli atəşkəs olmadığını vurğulayıb.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, onun Rusiya prezidenti ilə söhbəti “çox yaxında” baş tuta bilər.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan Zelenskini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “24 TV” məlumat yayıb.Görüş Prezidentin “Dolmabahçe” ofisində baş tutub.

31 Oktyabr 2026, 17:39

Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu

Türkiyə hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi vəzifəsini icra edən, sabiq xarici işlər naziri və diplomat Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq təqdim edib.Citypost.az xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Ahmet Yıldız “Anadolu” agentliyinə bildiriş məktubunun artıq BMT Baş Assambleyasının Sədrliyinə təqdim edildiyini açıqlayıb.“Prezidentimiz Rəcəb Tayyip Ərdoğan səfir Sinirlioğlunun lazımi keyfiyyətlərini, təcrübəsini və ona olan etimadı nəzərə alaraq, onu BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərməyi məqsədəuyğun hesab edib”, - o deyib.Ahmet Yıldız bildirib ki, BMT-nin Baş katibi seçkilərində hələlik konsensus əldə olunmuş vahid namizəd ortaya çıxmadığı üçün Türkiyə bu...

31 Oktyabr 2026, 09:33

Polşada Rusiya vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb

Polşada dəmir yolları və strateji əhəmiyyətli infrastrukturun fotolarını çəkdiyi bildirilən Rusiya vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Polşanın “Gazeta.pl” nəşri məlumat yayıb.Məlumata görə, 55 yaşlı Rusiya vətəndaşı Aşağı Sileziya voyevodalığının Svidnitsa şəhərində saxlanılıb. Onun üzərindən peşəkar fotoaparatlar, disklər, telefonlar, noutbuklar və digər elektron avadanlıqlar götürülüb.Aparılan araşdırma zamanı yaddaş daşıyıcılarında Polşada və digər ölkələrdə yerləşən infrastruktur obyektlərinin minlərlə fotoşəkli aşkar edilib. Polşa Daxili İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına əsasən, fotoların sayı 250 minə çatır.İstintaq materiallarına görə, çəkilişlər əsasən dəmir yolu infrastrukturu və digər strateji obyektlərlə bağlı olub.Məhkəmə şübhəlinin üç ay müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib. İş...

30 Oktyabr 2026, 18:14

İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu

SEPAH-a bağlı "Tasnim" xəbər agentliyinin İordan çayının qərb sahilindəki müxbiri, fələstinli jurnalist Fərəh Əbu Əyyaş 450 gün həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.Məlumata görə, hərbi məhkəmə sübutların kifayət etmədiyini əsas gətirərək, Fərəh Əbu Əyyaşa bütün ittihamlardan bəraət verib.Bildirilib ki, onun işi üzrə məhkəmə iclasları dəfələrlə təxirə salınıb, jurnalist isə bu müddətdə İsrailin "Damon" zindanında saxlanılıb.Qeyd edək ki, jurnalist 2025-ci il avqustun 6-da İsrail hərbçilərinin İordan çayının qərb sahilindəki Hevron şəhərinin şimalında yerləşən Beyt Ummar qəsəbəsindəki evinə gecə basqını zamanı saxlanılmışdı./milli.az/...

30 Oktyabr 2026, 17:34

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. "Unikal" xəbər verir ki, Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib."Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir", - deyə Amerika lideri müxbirə müraciət edərək bildirib.ABŞ prezidenti qeyd edib ki, jurnalist iki həftədir onu müşayiət edir və bu müddət ərzində siyasətçinin özünü "əla" hiss etdiyini görə bilib."Özümü əla hiss edirəm, sən çox pis görünürsən. Bu nə iyrənc sualdır", - Tramp deyib.Ötən həftə 80 yaşlı Amerika prezidenti özünü qoca hesab etmədiyini bildirib.Tramp artıq üç idrak testindən uğurla keçdiyini bildirib. O, hesab...

30 Oktyabr 2026, 16:53

Suriyada yanacağın bahalaşması elektrikli avtomobillərə tələbatı artırıb

Suriyanın paytaxtı Dəməşqdə benzin qiymətlərinin artması və yanacağın keyfiyyəti ilə bağlı problemlər sürücüləri elektrikli avtomobillərə yönəldib. Xüsusilə taksi sürücüləri daha az xərc çəkmək və gəlirlərini artırmaq üçün əsasən Çin istehsalı olan elektrikli və hibrid avtomobillərə üstünlük verirlər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, son aylarda Suriyada elektrikli avtomobillərə maraq xeyli artıb. Ötən ay hökumətin benzin qiymətlərini 26 faiz artırmasından sonra bu nəqliyyat vasitələrinə tələbat daha da yüksəlib.Dəməşqdə taksi sürücüsü işləyən Məhəmməd Kənan bildirib ki, əvvəllər benzinlə işləyən avtomobilindən istifadə etsə də, yanacağın bahalaşması və keyfiyyətinin aşağı düşməsi onu elektrikli avtomobil almağa vadar edib. Onun sözlərinə görə, əvvəlki avtomobili ilə 200...

30 Oktyabr 2026, 09:41