Bizə yazın

Baku

-°C

USD

-

Putin Çinə dəvət olunub

Dünya 21 Yanvar 2025, 17:38

29828

Rusiya lideri Vladimir Putin Yaponiya üzərində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Pekinə dəvət olunub.

Citypost.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov bildirib.

“Çin tərəfi Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlər keçirəcək. Bu tədbirlər sentyabrın 3-də Pekində baş tutacaq və Rusiya lideri də bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb”, - Kremlin sözçüsü bildirib.

Daha əvvəl Putin Çin prezidenti Si Tsinpinlə danışıqlar zamanı Rusiya və Çinin birgə fəaliyyətinin dünyada sabitləşdirici rol oynadığını bildirmişdi.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyada ayı təhlükəsi: 30 nəfər həyatını itirib

Rusiyada 2026-cı ilin əvvəlindən indiyədək ayı hücumları nəticəsində 30 nəfər həyatını itirib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tomsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.Məlumata görə, noyabrın 1-də Pervomayski rayonunun Orexovo kəndi yaxınlığındakı meşəlik ərazidə 62 yaşlı kişinin meyiti aşkarlanıb. Onun bədənində çoxsaylı xəsarətlər qeydə alınıb.Beləliklə, bu ilin əvvəlindən Rusiyada ayı hücumları nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu cür hadisələr daha çox Buryatiya, Kamçatka və Tomsk vilayətlərində qeydə alınıb....

02 Noyabr 2026, 15:02

Belçikanın Baş naziri istefasını Krala təqdim edib

Belçikanın Baş naziri Bart De Vever istefasını Krala təqdim edib.Citypost.az xəbər verir ki, Bu barədə VRT məlumat yayıb.Buna hökumət daxilində büdcə ilə bağlı ixtilafların həll edilə bilməməsi səbəb olub.Ölkənin dövlət borcunun Ümumi Daxili Məhsulundan (ÜMD) 110%-dən çox olduğu (735 milyard avro) bildirilir. Avropa İttifaqı qanunlarına görə isə, üzv dövlətlər üçün ümumi dövlət borcunun yuxarı həddi ümumi daxili məhsulun (ÜDM) 60%-i olaraq müəyyən edilib.Hökumət 10 milyard avro qənaət etmək niyyətindədir və buna nail olmağın yolları barədə koalisiya üzvləri arasında anlaşılmazlıqlar mövcuddur. (APA)...

02 Noyabr 2026, 14:54

Kreml Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə cavab verib

Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.O, Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edib."Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk Dövlətlərinin Təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı", - Kremlin sözçüsü vurğulayıb.Qeyd edək ki, Qazaxıstan Prezidenti...

02 Noyabr 2026, 14:29

Kilsədə ŞOK:Mərhum keşişin uşaqlara qarşı cinayətləri üzə çıxdı

Yeni Zelandiyanın Aotearoa Presviterian Kilsəsi uşaqlara qarşı cinsi istismarda ittiham olunan mərhum keşiş Devid Ventvort Pimmə dair məlumatları açıqlayıb və digər mümkün qurbanları üzə çıxarmaq məqsədilə onun xidmət etdiyi kilsələrin xronologiyasını dərc edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, kilsənin məlumatına görə, 2014-cü ildə vəfat edən Pimm 1955–1986-cı illərdə ölkənin müxtəlif bölgələrində, o cümlədən Qərb Sahilində, Sautlenddə, Houks Körfəzində və Palmerston Nortda dini fəaliyyət göstərib.Kilsə indiyədək onun üç qurbanı ilə əlaqə saxladığını, lakin zərərçəkənlərin sayının daha çox ola biləcəyini ehtimal etdiyini bildirib. Assambleyanın icraçı katibi keşiş Erin Pendreyin sözlərinə görə, Pimm 40 ildən artıq davam edən fəaliyyəti müddətində xidmət etdiyi...

02 Noyabr 2026, 10:34

Hindistanda keçmiş kral ailələri yeni fəaliyyət sahələri ilə gündəmə gəlir

Hindistanda vaxtilə knyazlıqları idarə etmiş kral ailələrinin nümayəndələri müasir dövrdə mədəniyyətin qorunması, turizm, sosial layihələr və siyasət sahələrində yeni rollar qazanırlar.Citypost.az xəbər verir ki, AFP-nin məlumatına görə, ölkənin qərbində yerləşən Vadodara şəhərindəki Lakşmi Vilas Sarayı keçmiş kral ailələrinin mədəni irsinin qorunması istiqamətində fəaliyyətinin əsas mərkəzlərindən birinə çevrilib.Barodanın Maharani titulunu daşıyan Radhikaraje Gaekwad bildirib ki, keçmiş kral ailələrinin müasir cəmiyyətə uyğunlaşması və tarixi irsin gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu ailələr artıq yalnız tarixi adları ilə deyil, sosial təşəbbüslər və mədəni layihələrlə də cəmiyyətə töhfə verirlər.Məlumata görə, 1947-ci ildə Hindistan müstəqillik qazandıqdan sonra ölkədəki 565-dən çox knyazlıq...

02 Noyabr 2026, 10:29

Filippində ölülərin xatirəsinə qeyri-adi mərasim keçirilib

Filippinin şimalındakı Saqada şəhərində Bütün Müqəddəslər Günü münasibətilə ölənlərin xatirəsinə ənənəvi Panaq-aapoy mərasimi keçirilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərasim zamanı sakinlər yaxınlarının məzarları üzərində şam ağacından hazırlanmış çubuqları yandıraraq gecə boyunca dua ediblər. Minlərlə insanın qatıldığı mərasimdə qəbiristanlıq yandırılan odların işığı ilə işıqlanıb.Məlumata görə, 122 ildən artıqdır davam edən bu ənənə yerli əhalinin xristian inancları ilə qədim adətlərinin vəhdətini əks etdirir. Şam ağacı çubuqlarının yandırılması mərhum yaxınları yad etmək və onların ruhuna dua etmək məqsədi daşıyır.Son illərdə mərasim turistlərin də diqqətini cəlb etsə də, yerli sakinlər onun dini və mənəvi mahiyyətinin qorunmasının vacibliyini vurğulayırlar. Bu səbəbdən kilsə və...

02 Noyabr 2026, 10:24