Bizə yazın

Baku

-°C

USD

-

Türkiyə Suriyadan mal idxalına qoyulan məhdudiyyətləri aradan qaldırır

Dünya 11 Fevral 2025, 17:39

33540

Ankara Suriya mallarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Citypost.az xəbər verir ki, bu barədə Suriyanın Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş məlumat verib.

Tərəflər həmçinin Türkiyə ərazisinin Suriyadan digər ölkələrə yüklərin tranziti üçün açılması barədə razılığa gələ biliblər.

“Quru və Dəniz Limanları Baş Müdirliyi ilə Türkiyə Ticarət Nazirliyi arasında keçirilən görüşlər və müzakirələr Suriya mal və məhsullarının Türkiyə bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarına gətirib çıxarıb”, - Alluş SANA xəbər agentliyinə deyib.

Bundan əvvəl Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana səfər edib.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rumıniyanın baş naziri Maya Sandunun siyasi fəaliyyətini yüksək qiymətləndirdi

Rumıniyanın Baş naziri İlie Bolojan Moldova Prezidenti Maya Sandunun fəaliyyətini təqdir edərək onun ölkəsində Avropayönlü siyasi kursun qorunmasında mühüm rol oynadığını bildirib.Citypost.az AGERPRES agentliyinə istinadən xəbər verir ki, Bolojan cümə günü Prima TV-yə müsahibəsində Maya Sanduya hörmət bəslədiyini və onun çətin siyasi şəraitdə əldə etdiyi nəticələrin təqdirəlayiq olduğunu deyib.Baş nazir xüsusilə Sandunun prezidentlik mandatını yenidən qazanmasını və son parlament seçkilərində Avropayönlü qüvvələrin mövqelərini qorumasını qeyd edib. O bildirib ki, bu nəticələr Moldova üçün asan olmayan siyasi rəqabət şəraitində əldə olunub.Bolojanın sözlərinə görə, Moldovanın Avropa İttifaqına inteqrasiyası həm ölkənin iqtisadi inkişafına, həm də Prut çayının hər iki sahilində yaşayan rumın icmaları...

17 Noyabr 2026, 03:00

Qadın burritodan boğulduğunu iddia edərək milyonluq şirkəti məhkəməyə verdi

ABŞ-ın Nyu-Cersi ştatında qadın fast-food şəbəkəsi Taco Bell-i sifariş etdiyi burritonun içərisində rezin əlcək materialı olması səbəbindən məhkəməyə verib. O, yad cismin boğazında ilişməsi nəticəsində ciddi xəsarətlər aldığını iddia edir.Citypost.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, məhkəmə iddiasına əsasən, Jurvany Damas 2024-cü il avqustun 23-də Nyu-Cersi ştatının Union şəhərində yerləşən Taco Bell restoranından mal əti və pendirli burrito sifariş edib.Qadın yeməyi evə apardıqdan sonra onu yeməyə başlayarkən boğazında yad cismin ilişdiyini və boğulmağa başladığını bildirib. Burritonun içərisini yoxladıqda isə orada rezin əlcək materialı aşkar edib. Daha sonra baş verənləri restoranın menecerinə göstərmək üçün geri qayıdıb.İddia ərizəsində Taco Bell və...

17 Noyabr 2026, 02:45

Serbiya nazirinin Xorvatiyada bəyan edilməmiş əmlakı araşdırılır

Serbiyanın texniki hökumətində mədənçilik və energetika naziri vəzifəsini icra edən Dubravka Cədoviç Handanoviç Xorvatiyadakı əmlakını bəyan etməməkdə şübhəli bilinir.Citypost.az HINA agentliyinə istinadən xəbər verir ki, Serbiyanın Korrupsiyanın Qarşısının Alınması Agentliyi nazirin əmlakının yoxlanılması ilə bağlı hesabatı Belqrad prokurorluğuna təqdim edib.Araşdırmaçı KRIK portalının məlumatına görə, nazirə qarşı Xorvatiyada əmlak və gəlirlərin bəyan edilməməsi ilə bağlı cinayət şübhəsi var. Məsələ ilə bağlı araşdırmanın detalları hələlik açıqlanmayıb.Turan ...

17 Noyabr 2026, 02:42

"Zombi balığı" aşkarlandı

Tailandda Mekonq çayında balıqçılar suluqları və rəngi dəyişmiş üzgəcləri olan balıq tutublar.  "Unikal" xarici mətbuata istinadən xəbər verir ki, balıqçılar canlını görünüşünə görə "zombi balığı" adlandırıblar. Ekoloqlar qeyri-adi balığın görünüşünü yuxarı çayın yuxarı hissəsindəki mədənçilik işləri nəticəsində suyun arsen və ağır metallarla çirklənməsi ilə əlaqələndirirlər.Ekoloqlar xəbərdarlıq edirlər ki, daha da çirklənmə ekoloji fəlakətə səbəb ola bilər. Mekonq çayı altı Asiya ölkəsindən axır və milyonlarla insanı su və qida ilə təmin edir....

16 Noyabr 2026, 18:09

Bu ölkədə "Telegram" bloklandı

İordaniya hakimiyyəti "Telegram" mesajlaşma tətbiqinə girişi bloklayıb.Citypost.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb. "Rəqəmsal təhlükəsizliyin və istifadəçi müdafiəsinin gücləndirilməsi, eləcə də rəqəmsal platformalardan istifadə edən təhdidlərə və qanunsuz fəaliyyətlərə son qoyulması səylərinin bir hissəsi olaraq İordaniyada Telegram tətbiqinə giriş bloklanıb", - məlumatda qeyd olunub. Krallıq hakimiyyətinin fikrincə, platforma "ekstremizmin, fundamentalizmin və milli təhlükəsizliyə təhdid yaradan kibercinayətlərin yayılması üçün platforma təmin edir"....

16 Noyabr 2026, 17:34

Bolqarıstan sahillərində yük gəmisi batıb, 4 Azərbaycan vətəndaşı xilas edilib

Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib.APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.Bildirilib ki, xilas edilənlərdən 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır.İlkin ehtimala görə, gəminin batmasına partlayış səbəb ola bilər.

16 Noyabr 2026, 17:26