Bizə yazın

Baku

-°C

USD

-

BMT-nin Yəməndəki əməkdaşı ölüb

Dünya 11 Fevral 2025, 20:30

32804

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.

Bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ümumdünya Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən sarsılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir saxlayırdılar.

Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyada An-12 təyyarəsi qəzaya uğradı: 19 nəfər həlak oldu

Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədə olan 19 nəfər həlak olub.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Nazirlik qəzanın planlaşdırılmış uçuş zamanı baş verdiyini açıqlayıb.Bildirilib ki, qəzaya ilkin səbəb texniki nasazlıq olub.Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinin komissiyası qəzanın bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.

17 Noyabr 2026, 23:43

25 min dollar verib keçmiş həyat yoldaşını öldürtmək istədi

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.Citypost.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlayıb.Bildirilib ki, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir nəfəri saxlayıblar.İstintaqla müəyyən edilib ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində qatil tapmasını istəyib.Məhkəmə qərarı əsasında keçirilən gizli istintaq tədbirləri zamanı şübhəlinin cinayətin keçmiş həyat yoldaşının 3 azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini tələb etdiyi müəyyən olunub.Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu...

17 Noyabr 2026, 15:30

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.Citypost.az APA-a istinadən xəbər verir ki, bununla bağlı Mirzoyan “X” hesabında məlumat verib.Tərəflər NATO-Ermənistan tərəfdaşlığından əlavə, Azərbaycanla sülh prosesi və digər məsələləri müzakirə ediblər.

17 Noyabr 2026, 14:45

Polşada yaşlı əhalinin sayı 2050-ci ilədək 2,6 milyon nəfər artacaq

Polşada demoqrafik qocalma sürətlənir. Proqnozlara əsasən, 2050-ci ildə ölkə əhalisinin təxminən 29,1 faizini 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edəcək.Citypost.az Polşa Mətbuat Agentliyinə (PAP) istinadən xəbər verir ki, bu barədə Hökumət Əhali Şurasının “Polşada demoqrafik vəziyyət – 2025-ci il hesabatı”nda bildirilib.Hesabata əsasən, 2024-cü ildə Polşada 65 yaşdan yuxarı təxminən 7,5 milyon insan yaşayıb. Bu göstərici 2015-ci illə müqayisədə 1,6 milyon nəfər çoxdur. Həmin dövrdə yaşlı əhalinin ümumi əhali sayındakı payı 15,4 faizdən 20,5 faizə yüksəlib.Şuranın proqnozuna görə, 2050-ci ilə qədər yaşlı insanların sayı daha 2,6 milyon nəfər artacaq. Bununla da Polşada əhalinin qocalması Avropa İttifaqının digər ölkələri ilə...

17 Noyabr 2026, 09:40

İtaliyada məktəblərə bomba təhdidləri ilə bağlı yeni dalğa

İtaliyanın bir neçə şəhərindəki məktəblərə bomba qoyulması ilə bağlı yeni elektron məktublar göndərilib. Təhdidlərə baxmayaraq, hələlik heç bir təhsil müəssisəsinin təxliyə edildiyi bildirilməyib.Citypost.az ANSA-ya istinadən xəbər verir ki, noyabrın 16-da göndərilən elektron məktublar İtaliya məktəblərinə qarşı son günlərdə baş verən kütləvi bomba təhdidlərinin davamı olub.Ötən həftə minlərlə məktəbə saxta bomba xəbərdarlıqları göndərildikdən sonra İtaliya Daxili İşlər Nazirliyi təhsil müəssisələrinin rəhbərlərinə bu cür mesajlara necə reaksiya verməli olduqları barədə xüsusi təlimat ünvanlayıb.Nazirliyin cümə günü göndərdiyi göstərişdə kütləvi elektron poçt vasitəsilə yayılan təhdidlərin avtomatik olaraq etibarlı hesab edilməməli olduğu vurğulanıb. Bildirilib ki, məktəblərin təxliyəsi ilə bağlı qərar yalnız polis və ya prefektura...

17 Noyabr 2026, 09:34

Rumıniyanın baş naziri Maya Sandunun siyasi fəaliyyətini yüksək qiymətləndirdi

Rumıniyanın Baş naziri İlie Bolojan Moldova Prezidenti Maya Sandunun fəaliyyətini təqdir edərək onun ölkəsində Avropayönlü siyasi kursun qorunmasında mühüm rol oynadığını bildirib.Citypost.az AGERPRES agentliyinə istinadən xəbər verir ki, Bolojan cümə günü Prima TV-yə müsahibəsində Maya Sanduya hörmət bəslədiyini və onun çətin siyasi şəraitdə əldə etdiyi nəticələrin təqdirəlayiq olduğunu deyib.Baş nazir xüsusilə Sandunun prezidentlik mandatını yenidən qazanmasını və son parlament seçkilərində Avropayönlü qüvvələrin mövqelərini qorumasını qeyd edib. O bildirib ki, bu nəticələr Moldova üçün asan olmayan siyasi rəqabət şəraitində əldə olunub.Bolojanın sözlərinə görə, Moldovanın Avropa İttifaqına inteqrasiyası həm ölkənin iqtisadi inkişafına, həm də Prut çayının hər iki sahilində yaşayan rumın icmaları...

17 Noyabr 2026, 03:00