Bizə yazın

Baku

-°C

USD

-

Xırdalanda iaşə obyektindəki yanğına görə binada yaşayan 45 sakin təxliyə edilib

Hadisə 03 Mart 2025, 10:12

20645

Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyə edilib.

Bu barədə  FHN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahtaxtı gömrük postunda böyük əməliyyat: 84 butulkada metamfetamin AŞKARLANDI

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Citypost.az bu barədə Komitəyə istinadən xəbər verir.Məlumata görə, "Şahtaxtı" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya "meyvə şirəsi və enerji içkisi" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin...

13 Noyabr 2026, 15:12

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması barədə Nizami Rayon Polis İdarəsinə çox sayda şikayət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Camal Bağırzadə saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanının təqdimatı ilə Nizami Rayon Məhkəməsində proses keçirilib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib və C.Bağırzadə barədə 2 ay həbs qətimkan tədbiri seçilib.Xatırladaq ki, 2023-cü ildə Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək ondan pul...

13 Noyabr 2026, 14:27

Motosikletlə məktəblini vurub qaçdı

Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb.İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vuraraq qaçıb.Faktla bağlı araşdırma aparılır.

13 Noyabr 2026, 14:05

Qarlı dağlarda itən quzu 3 gün sonra evə qayıtdı - FOTO

Türkiyənin Artvin vilayətində itkin düşən quzu üç gün sonra çətin hava şəraitinə baxmayaraq evə qayıdıb.Citypost.az Demirören Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şavşat rayonunun Çoraklı kəndində yaşayan Yalduz ailəsinin quzusu itin arxasınca gedərək tövlədən 3-4 kilometr uzaqlaşıb və itkin düşüb.Ailə üç gün ərzində dron, traktor və avtomobillərlə ərazidə axtarış aparsa da, quzunu tapa bilməyib. Bölgədə canavar və ayı kimi vəhşi heyvanların olması ailənin narahatlığını daha da artırıb. (Şərq qəzeti)...

13 Noyabr 2026, 12:54

Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.Citypost.az  xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır. (APA)...

13 Noyabr 2026, 12:33

Cəbrayılın Soltanlı kəndində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Yanğın havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Xəsarət alan olmayıb....

13 Noyabr 2026, 11:23