Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Hadisə 11 Mart 2025, 14:58
43794
Bakıda yanaraq dünyasını dəyişən müğənni Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin anası Samirə Tağıyeva hadisənin əslində intihar yox,cinayət əməli olduğunu bildirib.
Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.
“Qızım müğənnilik edirdi.O,məclislərin birində Nəsirov Tahir Vaqif oğlu ilə tanış olmuşdu. Aralarında sevgi münasibətləri yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu əməllərinə görə uzun müddət həbsdə olub, məhkumluq həyatı yaşayıb. Bunu bildikdən sonra qızım Tahirdən uzaqlaşmaq istəyirdi. Bu səbəbdən də aralarında dəfələrlə münaqişələr yaşanmışdı. Sonuncu dəfə qızıma tələ quraraq onu evdən çıxardıblar. Hadisə günü gecə qızımı “şaurma” yemək adı ilə evdən çağırdılar. Tahir qızımı gecə saatlarında Xırdalan qəbiristanlığına apararaq orada üstünə benzin tökərək yandırıb. Bununla da öz aləmində qızımı cəzalandırmaq istəyib.
Qızımın yanıqlarının ağır olduğunu gördükdən sonra onu ağır vəziyyətdə Nərimanov rayonu ərazisində yerləşən 5 saylı Şəhər Xəstəxanasına aparıblar. Bütün bunlar hamısı təbii ki,şəhərdə olan təhlükəsizlik kameralarına düşüb. Tahir qızıma hədə-qorxu gəlib ki, müstəntiqlərə desin ki, guya özü intihara cəhd edib. Qızımı qorxudub ki, belə ifadə verməsən ailənin başına oyun açacam. Qızım da ondan qorxduğu üçün təzyiq altında ifadə verib. Qızım yandıqdan sonra bizim heç birimizi xəstəxananın palatasına buraxmadılar. Tək olduğu üçün qorxusundan Tahirin dediyi kimi ifadə verib.3 gündən sonra mən zorla da olsa,qızımın yanına girə bildim.Gördüm ki, balam tamamı ilə yanıb. Mənə dedi ki,”ay mama,məni Tahir yandırdı. Burdan çıxarın,yoxsa, məni öldürəcəklər”. Bu sözləri qızım mənə deyən zaman otaqda tibb bacısı da var idi. Daha sonra o işçilər də xəstəxanadan yoxa çıxdılar. Çox narahat oldum. Çölə çıxdım ki, bu haqda yaxınlarıma da məlumat verim.Mən çölə çıxandan sonra qızıma iynə vurub öldürdülər. (Red- Bu,müsahibin iddiasıdır.Onun fikirləri saytın xəbər siyasəti ilə üst-üstə düşməyə də bilər.)”,-deyə Samirə Tağıyeva bildirib.
s,hadisə baş verən avtomobil kimə məxsus olub?
Ölən qızın anası bildirib ki,hadisə ilə bağlı gizlədilən bir nəfər qız var.Avtomobil də həmin şəxsə məxsus olub.
“Qara “Hunday Elantra” 10 – CK- 016 dövlət nömrə nişanlı avtomobillə gecə qızımı aparıblar. Maşın qızımın rəfiqəsi Miriyeva Fatimə Fəxrəddin qızına məxsusdur. Həmin Fatimənin də əvvəllər Tahirlə sevgi münasibətləri olub. Qızım da Tahiri Fatiməyə görə tanıyıb. Hadisə olandan sonra Tahir maşını aparıb xüsusi vasitə ilə yuduzdurub ki,iz itsin. Tahirin verdiyi ifadələr hamısı ziddiyət təşkil edir. Bu işdən həmin Fatimənin də xəbəri var.Amma bütün bunları gizlədir .Çünki,onun da Tahirlə əlaqələri var”,- deyə şikayətçi bildirib.
Samirə Tağıyevanın sözlərinə görə,işin istintaqından narazıdır. Bu səbəbdən də bir neçə dəfə rəsmi şəxslərin qəbulunda olub.Bu qəbullardan sonra iş Abşeron Rayon Prokurorluğundan alınaraq 2024-cü ilin dekabrından Binəqədir Rayon Prokurorluğuna verilib.
CityPost.az adı hallanan Nəsirov Tahir Vaqif oğlu ilə əlaqə saxlamağa çalışsa da,O telefon zənglərinə cavab verməyib.
Sayt yazıda adı hallanan Fatimə Miriyeva ilə də əlaqə saxlayıb.
Fatimə Miriyeva avtomobilin ona məxsus olduğunu təsdiqləyib.
Həmçinin oxuyun
“ Faciəli şəkildə dünyasını dəyişən Həmidə mənim qohumumdur.Hadisədən yalnız səhər saatlarında xəbər tutmuşam. Mən maşınımı Tahirə sürməyə vermişdim.Qalan orada nə baş verməsindən və digər heç nədən xəbərim olmayıb. Müstəntiqlər tərəfindən bütün bunlar araşdırılıb,mənim telefonumun anten məlumatları çıxarılaraq yoxlanılıb”,-deyə O, bildirib.
Bəs,avtomobili Tahir Nəsirova idarə etmək üçün etibarnamə vermişdinizmi? sualına Fatimə Miriyeva belə bir sənədin olmadığını bildirib.
“Etiraf edirəm ki,burada səhv etmişəm.Ona sürmək üçün etibarnamə verməmişdim.Mən hardan bilərdim ki, belə hadisə baş verə bilər.Bir sözü də deyim ki,Həmidə ilə Tahir sevgili idilər və bir evdə yaşayırdılar. Hadisə baş veribsə,burada mənim nə günahım var?”,-deyə O, bildirib.
Mövzu ilə bağlı Həmidə Tağıyevanın ailəsinin hüquqi nümayəndəsi,hüquqşünas Samir Zeynallı bəzi məqamlara diqqət çəkib.
Tahirin deməsinə görə saat 03:30 radələrində onlar Xırdalan qəbiristanlığında olublar. Buna əsas səbəb kimi Həmidənin öz nənəsinə fatihə oxuması istəyini göstərib. Hansı ki, Həmidənin nənəsi Xırdalan qəbiristanlığında dəfn olunmayıb və Həmidə ağır vəziyyətdə verdiyi ifadəsində belə olduqları yerin qəbiristanlıq olduğunu qeyd etmir.
Tahir ifadəsində həmçinin onu göstərir ki, Həmidənin yanmasının səbəbi ehtiyatsızlıqdan olub. Belə ki, Həmidə siqaret çəkmək istəyərkən ehtiyatsızlığı ucbatından göstərilən hadisə baş verib və həmin an Həmidənin əlində benzin olub. Tahirin deməsinə görə o özü həmin müddətdə telefonla danışırmış. Maraqlıdır ki, Tahir ola-ola Həmidə ocaq qalamaq işini nədənsə öhdəsinə götürüb və nəticə etibarı ilə bir anın içində alovlara qərq olaraq bədənin 55 faizdən çox hissəsinin yanmasına məruz qalıb. Benzinin məhz Həmidənin əlində olmasını nəzərə alsaq, bu qənaətə gəlmək olur. Yoxsa ki, siqareti Həmidə benzinlə yandıracaq qədər ağılsız deyildi ki...
Burada sadə məntiqi işə salaq və bu sualı verək: Tahirin bu ifadəsi inandırıcı və həqiqətə uyğun görünürmü...?! Əlbəttə ki, xeyr! Tahir ifadəsində həmçinin qeyd edir ki, Həmidə ondan siqaret istəyib, lakin o buna etiraz edib. Daha sonra göstərir ki, siqaret maşının arxa oturacağında olub. Buradan o nəticə hasil olur ki, Tahir Həmidəyə etiraz etdiyindən sözsüz ki, ona siqaret verməyib və bunu görən Həmidə siqareti maşının arxa oturacağından götürüb.
Hüquqşünas Samir Zeynalov
Sual: Məgər bunu Həmidə öncədən edə bilməzdi...?! Axı o siqaretin əslində Tahirdə yox, maşının arxa oturağında olduğunu axı bilirdi. Bundan başqa Həmidənin Tahirdən çəkindiyini, yəni bir qadın olaraq qorxduğunu nəzərə alsaq, Tahrinin etirazından sonra onun belə bir addım atması da inandırıcı görünmür.
Onu da qeyd etməkdə fayda var ki, Həmidə ağır şəraitdə verdiyi ifadəsində siqaret çəkmədiyini bildirib.
Onu da əlavə edim ki, Həmidənin izahatı video çəkiliş vasitəsilə qeydə alınıb və istintaq materiallarında olan məlumata əsasən Həmidənin izahatı alınarkən növbətçi həkim Cəfərova Vüsalə Sabir qızı da iştirakçı olub. Lakin Həmidənin anasının deməsinə görə Vüsalə Cəfərova qeyd olunan faktı təkzib edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılsa da heç bir zəruri araşdırma aparılmadan 03 iyun 2024-cü il tarixdə iş üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilib.
Həmin qərar tərəfimizdən edilən çoxsaylı şikayətlərin nəticəsi olaraq 23 iyul 2024-cü il tarixdə ləğv edilmiş və iş üzrə əlavə araşdırma aparılıb.
Lakin göstərilən ziddiyyətlər üzrə həqiqətin müəyyən edilməsi təmin edilməyib.
2024-cü ilin sentyabr ayında Baş Prokuror cənab Kamran Əliyevin iş üzrə qəbulu həyata keçirilmiş, bir müddət sonra verilmiş göstərişə əsasən iş üzrə icraat Abşeron rayon prokurorluğundan alınaraq, davam etdirilməsi üçün Binəqədi Rayon Prokurorluğuna həvalə edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
İstəkli tələbimiz ondan ibarətdir ki, iş üzrə icraat Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilsin. Əslində bu hal sentyabr ayında gerçəkləşməli idi. Çünki itirilmiş zaman cinayət işi üzrə həqiqətin müəyyən edilməsini xeyli çətinləşdirib. Bu isə öz növbəsində vətəndaşın pozulmuş hüquq və mənafeyinin bərpasını təmin etmir.
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Citypost.az-aTƏBİB-dən bildirilib.Qeyd edilib ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.1986-cı il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, bu gün Ağstafa rayonunun...
15 Noyabr 2026, 19:25
Bu dəfə general qızı onu məhkəməyə verdi
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.CityPost.az Gununsesi.info-ya istinadla xəbər verir ki, ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır...
15 Noyabr 2026, 13:27
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib.CityPost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi....
14 Noyabr 2026, 21:36
Müəllim və şagirdləri faciəli şəkildə ÖLDÜLƏR
Füzulidə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edənlər müəllim və şagirdləri olub.Citypost.az xəbər verir ki, həlak olan müəllim Seymur İsmayılov fizika müəllimi işləyib. Maşında ondan əlavə, 17 yaşlı 11-ci sinif şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə də olub. Hər üç şəxs hadisə yerində ölüb.Qeyd edək ki, “Opel” və “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində daha bir neçə nəfər yaralanıb. Qafqazinfo
14 Noyabr 2026, 14:47
Füzulidə iki maşın toqquşub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Dünən saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində vəfat edib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır."Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil...
14 Noyabr 2026, 09:27
Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
Naxçıvanda deputat qəzaya düşüb, ölən var.Citypost.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir....
14 Noyabr 2026, 08:33