Bizə yazın

Baku

-°C

USD

-

Ağır qəza: Ölənlər var

Hadisə 13 Mart 2025, 20:24

22518

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolununun 138-ci kilometrliyində) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük və minik avtomobilləri toqquşub, 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda iki yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb.Citypost.az  xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

29 Oktyabr 2026, 10:28

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.DİN-dən Citypost.az-a verilən xəbərə görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.Araşdırma davam etdirilir.

28 Oktyabr 2026, 17:00

Astara gömrüyündə 98 kiloqrama yaxın narkotik aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "təzə kahı" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.Faktla bağlı araşdırma aparılır....

28 Oktyabr 2026, 13:16

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

28 Oktyabr 2026, 13:00

Məktəbdə DƏHŞƏT! Şagird öldü

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.CityPost.az-ın məlumatına görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.Hadisə nəticəsində şagird həyatını itirib.Oxu.az

28 Oktyabr 2026, 10:53

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Citypost.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

27 Oktyabr 2026, 18:05