Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Hadisə 20 Mart 2025, 10:34

24033

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb

Şəmkir rayonunda evdən iki nəfərin meyiti aşkarlanıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, evlərin birində kişi və qadının meyiti tapılıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.Meyitləri aşkarlanan şəxslərin kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.Faktla bağlı araşdırma aparılır.

16 Noyabr 2026, 21:49

Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb

Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.42 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.A. Baxışəliyevin hansı şəraitdə yıxılması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

16 Noyabr 2026, 20:15

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb

Ağcabədi rayonunda qəbiristanlıqdan mərmər aksesuarlar oğurlanıb.APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.Bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gələn sakinlər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.Kənd sakinlərinin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur.Sakinlər hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verdiklərini bildiriblər.Qeyd olunan faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır....

16 Noyabr 2026, 16:37

Sumqayıtda içməli su xəttində qəza baş verib

Sumqayıt şəhərində içməli su xəttində qəza baş verib."Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.Diametri 200 millimetr olan içməli su borusunun partlaması nəticəsində ərazidə su axını yaranıb.Qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunub.Hazırda təmir-bərpa işləri aparılır.

16 Noyabr 2026, 15:52

Bakıda obyektdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.Əlavə məlumat veriləcək.

16 Noyabr 2026, 15:24

Avtomobilin nömrəsini saxtalaşdıran sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.Citypost.az xəbər verir ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar posta saxlanılıb.Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov  inzibati qaydada həbs edilib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik...

16 Noyabr 2026, 14:29