Bizə yazın

Baku

-°C

USD

-

Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri həbs olunub

Hadisə 29 Mart 2025, 13:53

26632

Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb. 

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:

"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".

Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.Meyiti tapılan şəxs hazırda xidmətdə olan mayor Müşfiq Əliyevdir.Onun ölüm səbəbi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.

20 Noyabr 2026, 10:59

Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır

Sabirabadda yetkinlik yaşına çatmayan qız evlənmək məqsədilə qaçırılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə qızın atası polisə müraciət edib.Onların tapılması istiqamətində axtarış elan olunub.Araşdırma aparılır.

20 Noyabr 2026, 10:57

Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü

"Atlant" ailəvi istirahət mərkəzinin keçmiş sahibi Tahir Qədəşov vəfat edib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildiOnun ürək çatışmazlığından öldüyü bildirilir.Qeyd edək ki, bir neçə gün öncə Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzi müsadirə edilib.

20 Noyabr 2026, 10:25

Yevlaxda maşın velosipedçini vuraraq öldürüb

Yevlaxda maşın velosipedçini vuraraq öldürüb.Citypost.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.Belə ki, Semur Quliyev idarə etdiyi “Renault Master” markalı yük avtomobili hərəkətdə olarkən velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü M.E-ni vurub.Velosipedçi hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.

20 Noyabr 2026, 09:12

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.Hadisə nəticəsində sürücü, 1991-ci il təvəllüdlü İ.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, zərərçəkən Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur. O, 1990-cı ildə Qazax rayonunda gedən döyüşlərdə şəhid olub....

20 Noyabr 2026, 07:15

Türkiyədə tutulan azərbaycanlı qadın Bakıya ekstradisiya edildi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə tutularaq Bakıya ekstradisiya edilib.Citypost.az  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Zinyət Məmmədrəsul qızı Səfərovanın yeri Türkiyədə müəyyən edilib və o, həbs olunub.Z.Səfərova 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində çalışarkən, eyni zamanda faktiki olaraq baş mühasib funksiyalarını yerinə yetirərkən ona etibar edilmiş 445 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.O, həmçinin maliyyə əməliyyatları və əqdlər vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir.Z.Səfərovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə...

19 Noyabr 2026, 22:00