Ruben Vardanyanın məhkəməsi davam etdirilib
Hadisə 13 May 2025, 18:48

1572
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib.
Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.
Sonra zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər.
Zərərçəkmiş şəxs Emil Mehtiyev ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısını alarkən Ağdərə rayonu istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.
E.Mehtiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində özündən başqa İsmayıl Qəmbərov və Amin Məhərrəmovun da müxtəlif növ bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxs qismində tanınan Mayis Koroğluyev ifadəsində Ağdam rayonu ərazisində olarkən Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Faqot” adlanan raket mərmisinin yaxınlıqlarına düşüb partlaması nəticəsində özünün və Qəhrəman İsmayılovun isə xəsarətlər aldığını deyib.
Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Asim Qarayev ifadə verib. O, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonu istiqamətində atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zərərçəkmiş şəxs həmin vaxt yanında olan Mehdi Abbasov, Devid Cəlilov, Cavad Məhərrəmov, Əli Tağıyev və Rəsul Teymurovun həlak olduğunu qeyd edib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası mayın 20-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirilib
Daşkəsəndə qətl hadisəsi törədilib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xoşbulaq kəndində qeydə alınıb.Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səyilərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisənin səbəbi və qətli törədən şəxsin kimliyi hələ məlum deyil.
05 İyul 2025, 23:19

İsrail İran üzərində hava üstünlük təşkil etmək istəyir
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İDF-nin missiyası IAF-nın Tehran üzərində hava üstünlüyünü təmin etmək üçün tədbirlər hazırlamaqdır.CityPost.az xəbər verir ki, "IDF-nin missiyası IAF-a Tehran üzərində hava üstünlüyünü qoruyub saxlamağa imkan verəcək kəşfiyyat və əməliyyat tədbirləri hazırlamaqdır", - o, X-də yazıb.Katzın sözlərinə görə, “İsrail İrana qarşı aktiv müdafiə siyasəti yürütmək niyyətindədir”.Miri
04 İyul 2025, 15:58

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib
Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib.Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Elçin Bayram oğlu Təhməzovun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri – Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.Ədliyyə Nazirliyinin müvafiq sorğusu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə...
04 İyul 2025, 10:08

Moskvada yollar bağlandı
Moskva Dairəvi yolunda baş verən güclü qəza nəqliyyatın hərəkətini çətinləşdirib. CityPost.az xəbər verir ki, bu barədə "Dept. Transport. Operatively" Telegram kanalı məlumat yayıb."Moskva Dairəvi yolunun 42-ci km-nin kənar hissəsində (40 saylı çıxışın yaxınlığında) qəza baş verib. Hazırda şəhərin fövqəladə hallar xidməti hadisə yerində işləyir. Hadisənin baş vermə şəraiti və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - telekanal xəbər verir.Bildirilir ki, 2, 3 və 4-cü zolaqlar bağlanıb, qəza baş verən ərazidə nəqliyyatın hərəkəti çətinləşib. Nəqliyyat Departamenti sürücülərə dönmə yolları seçməyi tövsiyə edib.Nigar...
03 İyul 2025, 22:08

Sevinc Həmidovanın işinə Ağcabədi Məhkəməsində baxılacaq
Aliment ödəməkdən boyun qaçırdığı üçün onun 3 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.Bu günlərdə əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Seymur Xəlilovun dəvəti ilə Ədliyyə Nazirliyində olduğuna dair məlumat vermişdik.CityPost.az-a açıqlama verən Rasim Həmidov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrıldığının səbəbinin ,onun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı olduğunu deyib.Çağırış əsnasında Rasim Həmidov qanunverciliyin tələblərinə uyğun olaraq onun şikayəti əsasında keçmiş arvadı Sevinc Həmidova barəsində başlanmış cinayət işi ilə tanış olmuş...
03 İyul 2025, 13:56

Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr tutuldu
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.CityPost.az "Report"a istinadən xəbər verir ki, onlar Rusiya vətəndaşlarıdır.Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
01 İyul 2025, 15:39