Bizə yazın

Baku

-°C

USD

-

Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə 27 Sentyabr 2024, 18:50

21847

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib.

 Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Oxu24.com-a  məlumatı təsdiqləyib.

Məlumata görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyədə tutulan azərbaycanlı qadın Bakıya ekstradisiya edildi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə tutularaq Bakıya ekstradisiya edilib.Citypost.az  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Zinyət Məmmədrəsul qızı Səfərovanın yeri Türkiyədə müəyyən edilib və o, həbs olunub.Z.Səfərova 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində çalışarkən, eyni zamanda faktiki olaraq baş mühasib funksiyalarını yerinə yetirərkən ona etibar edilmiş 445 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.O, həmçinin maliyyə əməliyyatları və əqdlər vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir.Z.Səfərovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə...

19 Noyabr 2026, 22:00

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olub.Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Citypost.az-a bildirilib ki, ərazidə araşdırma və monitorinqlər aparılıb.Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.

19 Noyabr 2026, 19:51

“Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu

“Kontakt Home” şirkətinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub.Citypost.az  Plat.az-a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində çalışan işçini pişik dişləməsi səbəb olub.Xəstəxanada işçiyə tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatda baş verən hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməyib.Dövlət Xidməti Həsən İsrafilzadəyə hadisə ilə bağlı izahatların verilməsinin təmin olunması ilə bağlı məktub göndərsə də, xəbərdarlıq nəticəsiz qalıb.Buna görə də “Kontakt Home”un baş direktoru İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib, o, 2000 manat cərimə olunub.Qeyd edək ki, Həsən İsrafilzadə həmçinin "Olivia" kosmetika mağazalar şəbəkəsinin qanuni təmsilçisidir. Hər iki...

19 Noyabr 2026, 13:00

Nərman Qocatürkün meyiti tapıldı

Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəli şəkildə ölüb.Citypost.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib.1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi.

19 Noyabr 2026, 11:35

Qubada avtomobil yeniyetməni vurub

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, piyada zolağından yolu keçmək istəyən 2010-cu il təvəllüdlü qızı avtomobil vurub.Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

19 Noyabr 2026, 10:54

Paytaxtda və bölgələrdə narkotik əməliyyatları keçirildi – 8 nəfər həbs olundu

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs...

18 Noyabr 2026, 19:07