Bizə yazın

Baku

-°C

USD

-

Bakı-Qazax yolunda yanacaqdaşıyan yük maşını yandı

Hadisə 01 Oktyabr 2024, 14:36

17757

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verib.

CityPost.az  FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb.Citypost.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib.Görüşdə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr edilən film nümayiş olunub.Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafı üçün yaratdığı əlverişli mühitin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb. Həmkarlar hərəkatının fəaliyyətindən, işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri bildirib ki, həmkarlar ittifaqları sistemində rəqəmsal həllər tətbiq olunur, üzvlər üçün xidmətlərin...

30 Oktyabr 2026, 17:00

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb.Citypost.az-a Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb. S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

30 Oktyabr 2026, 16:08

Salyanda məktəbə “Molotov kokteyli” atıldı – saxlanılanlar var

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.APA-nın  məlumatına görə, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.Araşdırma davam etdirilir.

30 Oktyabr 2026, 13:25

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov "Daewoo" markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub....

30 Oktyabr 2026, 11:05

Bakıda dəhşətli qəza: “Lada” sürücüsü həyatını itirdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az  xəbər verir ki, hadisə Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.Belə ki, Bahəddin Nəcəfzadə idarə etdiyi “Lada Granta” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Şamo Seyidovun idarə etdiyi “Man “ markalı yük avtomobilinin yarımqoşqusu ilə toqquşub.Hadisə nəticəsində xəsarət alan B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb....

30 Oktyabr 2026, 09:31

Bakıda iki yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb.Citypost.az  xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

29 Oktyabr 2026, 10:28