Azərbaycanda 3 futbolçu saxlanıldı və evdən aparıldı - SON DƏQİQƏ
Hadisə 03 Oktyabr 2024, 21:34
15952
«Mingəçevir»in başı qalmaqaldan açılmır.
I Liqa klubunun düşərgəsindən redakiyamıza yeni məlumat daxil olub.
Həmçinin oxuyun
Verilən informasiyaya görə, komandanın 3 futbolçusu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onlar yaşadıqları evdən aparılıblar.
Hadisənin hansı səbəbdən baş verməsini araşdırırıq. Düzdür, əlimizdə bəzi bilgilər var, indi çalışırıq ki, onları dəqiqləşdirək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.Citypost.az xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
16 Oktyabr 2026, 09:35
Kürdəmirdə yük maşını dayanmış avtomobilə çırpıldı, ölən var
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb.Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.Faktla bağlı araşdırma aparılır....
16 Oktyabr 2026, 08:55
Qaradağda məktəbdə insident: Şagirdin atası həbs edildi
Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.Citypost.az xəbər verir ki, şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.O, polis tərəfindən saxlanılaraq həbs edilib.
15 Oktyabr 2026, 19:07
Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb
Qusar rayonunda çaqqal sakinlərə hücum edib.Citypost.az"Report"a istinadən xəbər verir ki, rayonun İmamqulu kəndində günün müxtəlif saatlarında 2-si qadın, 1-i kişi olmaqla 3 nəfərə çaqqal hücum edib.Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib, zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.Yaralılar müalicə üçün evə buraxılıblar....
15 Oktyabr 2026, 16:25
10-a yaxın şəxs Bakıda məktəbə hücum etdi - Xəsarət alan var
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.Citypost.az Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.
14 Oktyabr 2026, 23:16
Bakıda müdir maaşını istəyən işçisini döydü
Hadisə Nəsimi rayonu ərazisində yerləşən “Dəniz Pub” restoranında qeydə alınıb.Citypost.az xəbər verir ki, restoranın inzibatçısı olan 45 yaşlı İ. Paxomovla ofisiant arasında əmək haqqının verilməməsi üstündə mübahisə yaranıb. Gecə saat 2 radələrində yaranan mübahisə zamanı Paxomov əməkhaqqı tələb edən işçinin başına əli ilə zərbələr vurub. Nəticədə zərərçəkənin gicgah nahiyələrində xəsarətlər yaranıb.Fakt əsasında inzibatçı barəsində cinayət işi başlanıb. pizza hutTəqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və zərərçəkəndən üzr istədiyini deyib. Zərərçəkən ofisiant da həmçinin inzibatçıya qarşı şikayət və tələbinin olmadığını bildirib.Məhkəmənin qərarı ilə cinayət işinə verilib və İ. Paxomov məsuliyyətdən azad olunub./Musavat.com...
14 Oktyabr 2026, 18:45