Bizə yazın

Baku

-°C

USD

-

Xırdalanda bina yanır

Hadisə 31 Oktyabr 2024, 20:41

44201

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə CityPost.az-a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək....

18 Noyabr 2026, 14:08

Səfərbərliyin rayon şöbəsində insident: həbs olunan var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.Citypost.az Xitab24.az-a istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir - red.) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanı çağırış vərəqəsini cıran şəxs polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmayıb.Hadisə ilə bağlı S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilib....

18 Noyabr 2026, 13:44

Ceyhun Bayramov Əli Kərimli ilə bağlı sualı cavabladı

“Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında “Politiko” informasiya bülleteninin jurnalisti Hans fon der Burxardın Əli Kərimlinin həbsinə dair sualına cavab verərkən deyib. “Siz sualınızda müəyyən mənada sualınızın cavabını da verirsiniz. Çünki siz deyirsiniz ki, hazırda onunla bağlı istintaq gedir, araşdırmalar aparılır və hər bir hüquqi dövlətdə olduğu kimi, hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir. Hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Nəticədə məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, o...

18 Noyabr 2026, 12:20

23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar

Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını...

18 Noyabr 2026, 10:25

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb....

18 Noyabr 2026, 10:23

Sumqayıtda tanınmış markanın anbarından meyit tapıldı

Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib."Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb.Məlumata görə, 50 yaşlı kişinin iş zamanı qəfil halı pisləşib və o, dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

18 Noyabr 2026, 07:30