Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib
Hadisə 13 Noyabr 2024, 22:17
23844
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.
S.Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Həmçinin oxuyun
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürəktutmasından vəfat edib.
Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
İran vətəndaşları narkotik keçirərkən yaxalandı
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilib.Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları saxlanılıb.Fakt...
02 Noyabr 2026, 11:53
Neftçalada 86 yaşlı kişi yıxılaraq ölüb
Neftçala rayonuda 86 yaşlı kişi yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə oktyabrın 31-də qeydə alınıb.Neftçala şəhər sakini 1940-cı il təvəllüdlü İ.Süleymanov yaşadığı Dördlər kəndindəki evdə yıxılaraq xəsarət alması nəticəsində ölüb.Araşdırmalar aparılır. (APA)
02 Noyabr 2026, 10:46
DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq gedir.***saat 12.22Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, araşdırmalarla müəyyən edilib ki,...
01 Noyabr 2026, 15:58
Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
Qətərin "Nakilat" şirkətinin mayeləşdirilmiş təbii qaz daşıyan "Əl-Mayeda" tankeri Fars körfəzində hücuma məruz qalıb.CityPost.az"Qatar News Agency"yə (QNA) istinadən xəbər verir ki, bu barədə qaz nəqli şirkətinin bəyanatında deyilir.Məlumata görə, hadisə nəticəsində göyərtədəki heyət üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühitə ziyan dəyməyib.Gəmi təhlükəsiz, işlək vəziyyətdədir, hücmun nəticələri qiymətləndirilir.Qeyd olunur ki, "Nakilat" vəziyyəti yaxından izləməyə davam edir, təhlükəsizliyi təmin etmək üçün gəmi, ekipajı və bölgədəki müvafiq dəniz təhlükəsizliyi orqanları ilə birbaşa əlaqə saxlayır....
01 Noyabr 2026, 11:14
Bakıda maşın velosipedçini vuraraq öldürüb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.İdarədən Citypost.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb."Son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələri ilə bağlı risklərin aradan qaldırılmasının qadağalardan daha çox...
31 Oktyabr 2026, 14:12
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb.Citypost.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib.Görüşdə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr edilən film nümayiş olunub.Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafı üçün yaratdığı əlverişli mühitin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb. Həmkarlar hərəkatının fəaliyyətindən, işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri bildirib ki, həmkarlar ittifaqları sistemində rəqəmsal həllər tətbiq olunur, üzvlər üçün xidmətlərin...
30 Oktyabr 2026, 17:00