Bizə yazın

Baku

-°C

USD

-

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı- Məlumat yaydı

Hadisə 29 Noyabr 2024, 13:58

21255

Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılıb. 

CityPost.az xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.

Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulub, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb. 

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib. 

Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. 

Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail rayon məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb

Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Citypost.az-aTƏBİB-dən bildirilib.Qeyd edilib ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.1986-cı il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, bu gün Ağstafa rayonunun...

15 Noyabr 2026, 19:25

Bu dəfə general qızı onu məhkəməyə verdi

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.CityPost.az  Gununsesi.info-ya istinadla xəbər verir ki, ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır...

15 Noyabr 2026, 13:27

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.CityPost.az   “Qafqazinfo”ya istinadla xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi....

14 Noyabr 2026, 21:36

Müəllim və şagirdləri faciəli şəkildə ÖLDÜLƏR

Füzulidə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edənlər müəllim və şagirdləri olub.Citypost.az xəbər verir ki, həlak olan müəllim Seymur İsmayılov fizika müəllimi işləyib. Maşında ondan əlavə, 17 yaşlı 11-ci sinif şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə də olub. Hər üç şəxs hadisə yerində ölüb.Qeyd edək ki, “Opel” və “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində daha bir neçə nəfər yaralanıb. Qafqazinfo

14 Noyabr 2026, 14:47

Füzulidə iki maşın toqquşub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Dünən saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində vəfat edib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır."Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil...

14 Noyabr 2026, 09:27

Azərbaycanda deputat qəzaya düşdü:Ölən var

Naxçıvanda deputat qəzaya düşüb, ölən var.Citypost.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir....

14 Noyabr 2026, 08:33