Bizə yazın

Baku

-°C

USD

-

Qarabağda ötən ay aşkar edilən minaların sayı...

Hadisə 02 Dekabr 2024, 15:56

20480

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, noyabr ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 456 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 2274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4707,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda "Prado" ana və körpəsini vurdu - ANBAAN VİDEO

Noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.Citypost.az xəbər verir ki, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır. Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə...

04 Noyabr 2026, 12:13

16 mərtəbəli yaşayış binasında yanğın oldu

Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.Citypost.az  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb....

04 Noyabr 2026, 11:46

Qaradağda maşın piyadanı vuraraq öldürüb

Qaradağda maşın piyadanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, hadisə Abşeron Ticarət Mərkəzinin qarşısında baş verib.Belə ki, İbrahim İbrahimov idarə etdiyi “Vaz-21154” markalı avtomobillə hərəkətdə olarkən piyada 1946-cı il təvəllüdlü Əfsər Əhmədovu vurub.Piyada aldığı xəsarətlərdən xəstəxana çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb. (APA)

04 Noyabr 2026, 09:52

Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb.APA xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat verib.Xatırladaq ki, Mələk İmanova noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən Kristal-1 yaşayış kompleksindən itkin düşmüşdü.

04 Noyabr 2026, 01:30

Gəncə sakini xalasını döyərək öldürüb

Gəncədə qətl hadisəsi olub.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb.Belə ki, sözügedən küçədə yaşayan 1938-ci il təvəllüdlü G. Əliyeva aldığı ağır xəsarətlərdən ölüb.İlkin araşdırma zamanı yaşlı qadını bacısı oğlunun döyərək öldürdüyü məlum olub.Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır ....

03 Noyabr 2026, 23:48

Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi

“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs edilib.Qeyd edək ki, Rauf Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibati qaydada həbs olunub....

03 Noyabr 2026, 18:14