Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Həşimovun valideynlərinin evində partlayış: Ata-anasının vəziyyətləri ağırdır

Hadisə 03 Dekabr 2024, 10:04

13090

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. 

Citypost.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

***

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Qeyd edək ki, səhər saatlarında Sumqayıt şəhərində 13-cü mikrorayon ərazisindəki yaşayış binasında güclü partlayış olub.

***

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

***

TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

"Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı

Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti aşkar edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, onun meyiti Göygöl rayonunun Hacıməlik kəndində tapılıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

12 Noyabr 2026, 20:52

Lənkəranda bir ailənin 7 üzvü qidadan zəhərlənib

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib.Bu barədə Citypost.az-aQida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Məlumata görə, Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub.Qeyd olunub ki, agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilir."AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir", məlumatda deyilir....

12 Noyabr 2026, 16:58

General Natiq Əliyevin qızı saxlanıldı

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb edilərsə, gün ərzində hakim qarşısına çıxarılacaq.T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir. Qeyd edək ki, Türkər Əliyeva Müdafiə...

12 Noyabr 2026, 10:42

Kəlbəcərdə ayılar arı ailələrini məhv etdi

Kəlbəcərin Əsrik kəndində ayılar arıxanaya hücum edərək təsərrüfata ciddi ziyan vurublar.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, yeşiklərin böyük hissəsi dağıdılıb, arı ailələrinin əksəriyyəti məhv olub. Cəmi üç arı ailəsi salamat qalıb.

12 Noyabr 2026, 08:25

Bir evdən iki meyit tapıldı

Gəncə şəhərində bir evdən iki nəfərin meyiti tapılıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.Araşdırmalar zamanı meyitləri tapılan şəxslərin şəhər sakinləri - 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev olduğu müəyyən edilib.İlkin məlumata görə, onlar mənzildə dəm qazından boğularaq ölüblər.Faktla bağlı araşdırma aparılır.

12 Noyabr 2026, 07:14

Bakıda avtomobil körpüdən yola aşıb

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yol-nəqliyyat qəzasının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.FHN-dən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.Yanğın hadisəsi qeydə qeydə alınmayıb.

11 Noyabr 2026, 12:02