Masazırda kişi qətlə yetirilib
Hadisə 03 Dekabr 2024, 17:46
35183
Abşeronda arvadın ərini öldürdüyü bildirilir.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Həmçinin oxuyun
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ada Süleymanova ilə qəzada həlak olan Anar məşhur iş adamının oğludur
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.Citypost.az xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.
23 Noyabr 2026, 14:37
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət
Sosial şəbəkələrdə bir çox şəxslərin, xüsusilə də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir.Citypost.az xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələri və digər hərəkətləri diqqət çəkir.Son olaraq isə bloger Firuzə Ağayevanın eyni məzmunlu video paylaşması müzakirələrə səbəb olub.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev F.Ağayevanın görüntüləri ilə bağlı Qafqazinfo.az-a cavab olaraq bildirib ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməlidir: “Sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan...
23 Noyabr 2026, 13:46
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib.Oxu24.com -un məlumatına görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub.Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar.Xatırladaq ki, aparıcı Ada Süleyman ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtoqəzada həyatını itirib.Faciə aparıcının ad günü məclisindən qayıdarkən baş verib.
23 Noyabr 2026, 13:16
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı
Noyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb....
23 Noyabr 2026, 10:53
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Dünən doğum gününü qeyd edən və gecə evinə qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib.Citypost.az xəbər verir ki, o, ad günü ilə bağlı “Instagram” səhifəsində paylaşdığı videoya bu sözləri yazıb: “Əzizlərim, bu, bir doğum günü deyil… Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı…Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir. Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram.”Qeyd edək ki, Ada Süleyman ARB TV-də çalışıb. O, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı...
23 Noyabr 2026, 10:51
Ada Süleyman ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü
ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsində həyatını itirib. Citypost.az“Qafqazinfo” xəbər verir ki, o, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib. Hadisə ilə bağlı aktyor Şəhriyar Əbilov “Instagram” hesabında paylaşım edib.“Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıq, gözün doldu. Gözəl ad günü keçdi, səninlə sağollaşıb çıxıb getdim. Sonra isə sən qəzada dünyanı dəyişdin...”, - paylaşımda deyilir.Qeyd edək ki, o, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub. ...
23 Noyabr 2026, 10:47