Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvanda xeyli mərmi aşkar edilib -FOTO

Hadisə 16 Yanvar 2025, 19:19

21738

Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilib.
Citypost.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 28 ədəd 7.62 mm-lik təlim mərmisi, 6 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 5.45 mm-lik təlim mərmisi və 1 ədəd 30 mm-lik BMP mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Naxçıvanda xeyli mərmi aşkar edilib - FOTO

Problemlərinizi bizə bildirin

077 323 55 66

General Natiq Əliyevin qızı saxlanıldı

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb edilərsə, gün ərzində hakim qarşısına çıxarılacaq.T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir. Qeyd edək ki, Türkər Əliyeva Müdafiə...

12 Noyabr 2026, 10:42

Kəlbəcərdə ayılar arı ailələrini məhv etdi

Kəlbəcərin Əsrik kəndində ayılar arıxanaya hücum edərək təsərrüfata ciddi ziyan vurublar.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, yeşiklərin böyük hissəsi dağıdılıb, arı ailələrinin əksəriyyəti məhv olub. Cəmi üç arı ailəsi salamat qalıb.

12 Noyabr 2026, 08:25

Bir evdən iki meyit tapıldı

Gəncə şəhərində bir evdən iki nəfərin meyiti tapılıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.Araşdırmalar zamanı meyitləri tapılan şəxslərin şəhər sakinləri - 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev olduğu müəyyən edilib.İlkin məlumata görə, onlar mənzildə dəm qazından boğularaq ölüblər.Faktla bağlı araşdırma aparılır.

12 Noyabr 2026, 07:14

Bakıda avtomobil körpüdən yola aşıb

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yol-nəqliyyat qəzasının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.FHN-dən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.Yanğın hadisəsi qeydə qeydə alınmayıb.

11 Noyabr 2026, 12:02

Arvadının iynə vurduğu kişi öldü - Foto 

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

11 Noyabr 2026, 11:52

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub."Report" xəbər verir ki, Şamaxı şəhər sakini ruhi xəstə 1976-cı il təvəllüdlü Pakizə Gülaməddin qızı Piriyeva həyətindəki su çəninə düşüb boğularaq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

11 Noyabr 2026, 10:58