Bizə yazın

Baku

-°C

USD

-

3 nəfər saxlanılıb

Hadisə 16 Yanvar 2025, 20:20

21731

Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, dəyəri 2 000 manatdan çox olan 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 37 yaşlı E.Tağıyev, 58 yaşlı D.Məmmədov, 39 yaşlı Z.Abdullayev və 36 yaşlı T.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Huşsuz xəstəni 40 dəqiqə döydüyü deyilən sanitar işdən çıxarıldı

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.Qeyd edilib ki, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən qadın köməksiz vəziyyətdəki pasiyenti nalayiq ifadələrlə təhqir edib və fiziki şiddət göstərib.Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib: “Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə...

17 Oktyabr 2026, 17:00

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib.Gürcüstana məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.Yük avtomobili qadının aşağı ətraflarının üstündən keçib. F. Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda əməliyyat blokuna alınıb. Həkimlərin səyinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.Faktla bağlı araşdırma aparılır....

17 Oktyabr 2026, 16:00

Gənc oğlan binadan yıxılıb öldü

Abşeron rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.25 yaşlı C.Hüseynov yaşayış kompleksinin binasının yuxarı mərtəbəsindən yıxılıb. Gənc hadisə yerində ölüb.Prokurorluq hadisənin dəqiq baş vermə səbəbini araşdırır.

17 Oktyabr 2026, 13:55

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.

17 Oktyabr 2026, 10:40

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.Citypost.az  xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

16 Oktyabr 2026, 09:35

Kürdəmirdə yük maşını dayanmış avtomobilə çırpıldı, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb.Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.Faktla bağlı araşdırma aparılır....

16 Oktyabr 2026, 08:55