Samuxda avtomobil arabaçını vurub, ölən var
Hadisə 18 Yanvar 2025, 12:59
18781
Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Kür yolu deyilən ərazidə qeydə alınıb. "Opel" markalı avtomobilin arabaya çırpılması nəticəsində arabaçı 72 yaşlı E.Əsgərov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Avtomobilin nömrəsini saxtalaşdıran sürücü həbs edildi
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.Citypost.az xəbər verir ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar posta saxlanılıb.Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik...
16 Noyabr 2026, 14:29
Bakıda polis əməkdaşı vəfat etdi
Azərbaycanda polis əməkdaşı vəfat edib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, Şərur rayon, Maxta kəndindən olan polis serjantı Elvin Qabil oğlu Abbasov səhhətində yaranmış problem səbəbindən Bakı şəhərində vəfat edib.E.Abbasov Maxtada dəfn olunub.
16 Noyabr 2026, 13:18
Neftçalada kanalda meyit tapılıb
Neftçala rayonunda kanalda meyit tapılıb.Citypost.az xəbər verir ki, noyabrın 14-də Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılıb. Meyit sudan çıxarılıb.Onun bir gün əvvəl itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.Araşdırma aparılır. (APA)
16 Noyabr 2026, 12:17
Sumqayıt-Novxanı yolunda sərnişin avtobusunda tüstülənmə
Sumqayıt-Novxanı yolunda 123 saylı marşrut avtobusunda texniki nasazlıq səbəbindən tüstülənmə baş verib.Citypost.az xəbər verir ki,Oxu.Az-ın sorğusuna cavab olaraq daşıyıcı şirkətdən məlumat verilib.Bildirilib ki, nəqliyyat vasitəsində tüstülənmə olduqdan sonra sərnişinlər dərhal avtobusdan endiriliblər:"Sərnişinlər əraziyə xətdən ayrılan digər nəqliyyat vasitəsilə mənzil başına çatdırılıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nasaz avtobus xətdən kənarlaşdırılıb".Daşıyıcı şirkət həmçinin qeyd edib ki, sözügedən xətt üzrə avtobusların yenilənməsi planlaşdırılır....
16 Noyabr 2026, 11:50
Paytaxtda oğurluq edənlər saxlanıldı
Paytaxtın Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Nəsimi rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir....
16 Noyabr 2026, 10:57
Azərbaycanda vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.9 saylı vəkil bürosunda fəaliyyət göstərən E.Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur....
16 Noyabr 2026, 10:42