Bizə yazın

Baku

-°C

USD

-

Bakıda 21 yaşlı oğlan özünü bıçaqlayıb

Hadisə 19 Yanvar 2025, 11:58

16920

Bakıda bıçaqlandığını iddia edən gəncin özünü bıçaqladığı məlum olub.

Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onun mobil nömrəsini bloklaması olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Regional mədəniyyət idarəsinin rəisi Şamaxıda vəfat edib

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.Citypost.az  xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.Onun ölüm səbəbi hələlik açıqlanmayıb.Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. (Qafqazinfo)...

20 Oktyabr 2026, 11:40

Astara sakini pilləkəndən yıxılaraq ölüb 

Astara sakini yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.Rayon sakini Qurbanəli Şirvanovun yaşadığı fərdi yaşayış evində pilləkəndən yıxılaraq öldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.

20 Oktyabr 2026, 09:35

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub

Qazaxda 35 yaşlı kişini ildırım vurub.APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub.O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

19 Oktyabr 2026, 19:31

Direktorun avtomobilini yandıran daha bir nəfər həbs edilib 

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir.Citypost.az DİN mətbuat xidmətindən bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir....

19 Oktyabr 2026, 12:45

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı 

Bakıda qayınana gəlinini döyüb.Hadisə Sabunçu rayonu ərazisində baş verib.46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub. Buna səbəb isə gəlinin pəncərəni gec bağlaması olub. Gəlininin belə etməsini özünə sığışdırmayan qadın əsəbiləşərək, məlum hadisəni törədib.Fakt əsasında Z. Tağıyeva saxlanılıb və barəsində cinayət işi açılıb.Təqsirləndirilən şəxs dəymiş zərəri ödədiyini və zərərçəkənlə barışdığını bildirib.Zərərçəkən də həmçinin qayınanasına qarşı şikayətçi olmadığını deyib.Məhkəmə cinayət işinə xitam verib və Zəhra Tağıyeva məsuliyyətdən azad olunub. (modern.az)...

18 Oktyabr 2026, 15:20

Huşsuz xəstəni 40 dəqiqə döydüyü deyilən sanitar işdən çıxarıldı

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.Qeyd edilib ki, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən qadın köməksiz vəziyyətdəki pasiyenti nalayiq ifadələrlə təhqir edib və fiziki şiddət göstərib.Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib: “Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə...

17 Oktyabr 2026, 17:00