Bizə yazın

Baku

-°C

USD

-

İsraildə terror təhdidlərinə qarşı təlimlər başlayıb

Hadisə 09 Fevral 2025, 21:00

15032

İsrail Ordusunun Mərkəzi Hərbi Dairəsinin terror təhdidlərinə qarşı planlaşdırılmamış təlimləri start götürüb.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

Təlimlər Ordunun Baş Qərargah rəisi Herzi Halevinin əmri ilə başlayıb.

Manevrlərdə son döyüş əməliyyatları zamanı əldə edilmiş təcrübə nəzərə alınacaq.

Təlimlər Baş Qərargahın Əməliyyat İdarəsinin rəhbərliyi altında İordan çayının Qərb sahilində, İordan vadisində, Ölü dənizdə və Colan yüksəkliklərində keçiriləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda zavodda partlayış baş verdi

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.Citypost.az Musavat.com-a istinadənn xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən “Metaltexnaloji” MMC-nin ərazisində baş verib. Partlayışdan sonra zavodda yanğın yaranıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Qeyd edək ki, “Metaltexnaloji” MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən METALTECHNOLOGY MMC adı ilə fəaliyyət göstərir.Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir....

27 Noyabr 2026, 21:57

Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb

Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb.Citypost.az APA-a istinadən xəbər verir ki, Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə, həmçinin 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır....

27 Noyabr 2026, 19:38

Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Məlumata görə, Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.Faktla bağlı araşdırma aparılır....

27 Noyabr 2026, 18:19

Qubada itkin düşən şəxsin axtarışları davam edir – KANALIN SUYU DAYANDIRILDI

Qubada su kanalına düşərək itkin düşdüyü ehtimal olunan 28 yaşlı kişinin axtarışları davam etdirilir.APA-nın Şimal bürosunun məlumatına görə, hadisə noyabrın 22-də Qudyalçayın Quba rayonundan keçən hissəsində baş verib.İlkin məlumata görə, Quba rayonunun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov “KamAZ” markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən sürüşərək suya düşüb.Onun axtarışlarının asanlaşdırılması məqsədilə Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb. Hazırda axtarışlar davam etdirilir.Qeyd edək ki, Xəyal Muradov iki uşaq atasıdır....

27 Noyabr 2026, 15:45

Ordubadda itkin düşən kişi Türkiyədə tapıldı

Ordubadda itkin düşdüyü deyilən şəxsin Türkiyəyə getdiyi müəyyənləşib.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, iki gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayan Ordubad sakini, 1976-cı il təvəllüdlü Müşviq Firuddin oğlu Əkbərov tapılıb.Məlumata görə, polisin araşdırmaları nəticəsində 50 yaşlı şəxsin Türkiyəyə getdiyi müəyyən edilib.

27 Noyabr 2026, 14:56

Fira Cəlilova və anasının yaşadığı ev əvvəllər saxlanılan şəxsə məxsus olub

"Fira Cəlilova və anasının yaşadığı bağ evi əvvəllər Əlihüseyn Hüseynova məxsus olub".Citypost.az xəbər verir ki, bu barədə Baku TV-nin məlumatında bildirilib."Verilən məlumata görə, bu bağ evi daha əvvəl Əlihüseyn Hüseynova məxsus olub. Bir müddət əvvəl isə ev Fira Cəlilovanın anasının adına rəsmiləşdirilib".Qeyd edilib ki, Əlihüseyn Hüseynov evlidir və onun üç övladı var:"Həmin şəxs bir müddət əvvəl Fira Cəlilovanın anası ilə tanış olub və qeyri-rəsmi birlikdə yaşamağa başlayıblar", - deyə süjetdə bildirilib.Əlihüseyn Hüseynovun daha əvvəl zavod direktoru kimi çalışdığı və maddi durumunun yaxşı olduğu deyilir. Onun son dövrlər maddi sıxıntılarından dolayı bəzi şəxslərə qarşı dələduzluq etdiyi qeyd edilib.Məlumata görə, aparıcı Fira...

27 Noyabr 2026, 14:55