Bizə yazın

Baku

-°C

USD

-

Avtomobil 60 yaşlı qadını vuraraq öldürüb

Hadisə 10 Fevral 2025, 15:55

21916

Abşeronda avtomobilin vurduğu 60 yaşlı qadın ölüb.

Hadisə fevralın 10-u səhər saatlarında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Rəsmiyyə Nemət qızı Salehovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 4 avtomobil yanıb

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.Citypost.az  hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.Yanğın qısa müddətdə söndürülüb.Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

10 Oktyabr 2026, 09:15

40 yaşlı kişinin evindən meyiti tapıldı

Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfindən yaşadığı mənzildə aşkarlanıb.Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

10 Oktyabr 2026, 08:00

Masazırda “Mercedes Vito” yanıb

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.Xəsarət alan olmayıb.

09 Oktyabr 2026, 20:37

Ceyranbatanda mənzil yanır 

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır."Report"un yerli bürosu xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

09 Oktyabr 2026, 17:28

Beyləqanda 14 nəfər xəstəxanalıq oldu – TƏBİB-dən AÇIQLAMA

Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 oktyabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib."Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", - məlumatda deyilir.

09 Oktyabr 2026, 15:57

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.Citypost.az  xəbər verir ki, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin...

08 Oktyabr 2026, 17:06