Goranboyda piyadanı avtomobil vuraraq öldürüb
Hadisə 11 Fevral 2025, 21:45
7484
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Həmçinin oxuyun
Belə ki, hərəkətdə olan avtomobil orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ötən gün Azərbaycanda 27 cinayətin üstü açılıb
Azərbaycanda martın 24-də qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
25 Mart 2026, 11:37
Zərdabda maşın kanala aşdı: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Zərdabda yol qəzasında ölən ve xəsarət alanların adları açıqlanıb.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıb.
25 Mart 2026, 10:56
Tərtərdə 2 qardaş faciəli şəkildə vəfat etdi
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.Faktla bağlı araşdırma aparılır. (APA)...
25 Mart 2026, 10:02
Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.Araşdırmalar davam etdirilir.
24 Mart 2026, 17:33
Tovuzda minik maşını AŞDI
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
24 Mart 2026, 17:00
Cərəyanla balıq ovlayan 3 nəfər saxlanılıb
Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində kustar üsulla hazırlanmış elektrik cərəyanı avadanlığından istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.Bu barədə Citypost.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Aparılan tədbirlər zamanı həmin şəxslərin 90 ədəd daban balığı, 1 ədəd çəki balığı və 52 ədəd sıf balığı növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib.Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su...
24 Mart 2026, 16:36