Bizə yazın

Baku

-°C

USD

-

Sabunçuda 15 nəfər etil spirtindən zəhərlənərək ölüb

Hadisə 24 Fevral 2025, 12:38

18027

Sabunçuda 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib. 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda yeni alınan maşının üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb.Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb.Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış.

09 Noyabr 2026, 16:25

Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü

Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.Citypost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.Qafqaz küçəsinin sakinləri deyiblər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.Lakin indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından, sakinlər çətin vəziyyətlə üzləşiblər.Sakinlərin sözlərinə görə, dəfələrlə məsələylə bağlı "İri Şəhərlərin Su Təchizatı Xidməti"nə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçənin sakinləri problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.Kəpəz küçəsinin sakinləri isə bildirirlər...

09 Noyabr 2026, 11:26

Ağstafada bir ailənin üç üzvü zəhərlənib

Noyabrın 6-da saat 13:10 radələrində 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib."Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

06 Noyabr 2026, 21:17

Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hökm oxunub, S.Babazadə 1 il 6 ay sınaq müddəti tətbiq olunmaqla 3 il azadlıqdan şərti məhrum edilib.Xatırladaq ki, prokuror onun 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

06 Noyabr 2026, 12:22

Güllü Muradovanın ərinə - 25 sutka verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib....

06 Noyabr 2026, 12:20

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3" mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıblar.Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə - zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi...

06 Noyabr 2026, 10:11