Kirayənişinlər arasında dava - 2 nəfər bıçaqlandı
Hadisə 25 Fevral 2025, 10:39
36068
Ötən gün Bakının Nizami rayonunda kirayə qalan şəxslər arasında bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun B.Nuriyev küçəsi ev 75A ünvanında qeydə alınıb.
Belə ki, Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.
Nəticədə R. İsmayılov hər iki şəxsə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində CM-nin 126.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub.
Bakıda baş redaktor həbs edildi - Foto
Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması barədə Nizami Rayon Polis İdarəsinə çox sayda şikayət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Camal Bağırzadə saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanının təqdimatı ilə Nizami Rayon Məhkəməsində proses keçirilib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib və C.Bağırzadə barədə 2 ay həbs qətimkan tədbiri seçilib.Xatırladaq ki, 2023-cü ildə Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək ondan pul...
13 Noyabr 2026, 14:27
Motosikletlə məktəblini vurub qaçdı
Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb.İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vuraraq qaçıb.Faktla bağlı araşdırma aparılır.
13 Noyabr 2026, 14:05
Qarlı dağlarda itən quzu 3 gün sonra evə qayıtdı - FOTO
Türkiyənin Artvin vilayətində itkin düşən quzu üç gün sonra çətin hava şəraitinə baxmayaraq evə qayıdıb.Citypost.az Demirören Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şavşat rayonunun Çoraklı kəndində yaşayan Yalduz ailəsinin quzusu itin arxasınca gedərək tövlədən 3-4 kilometr uzaqlaşıb və itkin düşüb.Ailə üç gün ərzində dron, traktor və avtomobillərlə ərazidə axtarış aparsa da, quzunu tapa bilməyib. Bölgədə canavar və ayı kimi vəhşi heyvanların olması ailənin narahatlığını daha da artırıb. (Şərq qəzeti)...
13 Noyabr 2026, 12:54
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.Citypost.az xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır. (APA)...
13 Noyabr 2026, 12:33
Cəbrayılın Soltanlı kəndində yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Yanğın havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Xəsarət alan olmayıb....
13 Noyabr 2026, 11:23
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən üç gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.Citypost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.Boş sahədə olarkən - magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq...
13 Noyabr 2026, 11:08