Qeydiyyatda olduğunuz evdə yaşamırsınızsa, mülkiyyətçi sizi qeydiyyatdan çıxara bilərmi?
Hüquq 01 Oktyabr 2026, 10:00
2956
Daşınmaz əmlak məsələləri ilə bağlı vətəndaşların ən çox maraqlandığı suallardan biri də qeydiyyatla bağlıdır. Xüsusilə ailə münasibətləri pozulduqdan sonra tərəflərdən birinin digər qohumuna məxsus evdə qeydiyyatda qalması müxtəlif hüquqi mübahisələrə səbəb ola bilir. Bəzi hallarda şəxs uzun müddət həmin ünvanda yaşamasa da, formal olaraq evdə qeydiyyatda qalır. Bu zaman evin sahibi əmlakı satmaq, bağışlamaq və ya digər formada sərəncam vermək istəyərkən həmin şəxsin qeydiyyatda olması müəyyən çətinliklər yarada bilər.
Mövzu ilə bağlı hüquqi məsələlərə aydınlıq gətirən vəkil Adil Piriyev bildirib ki, yalnız bir şəxsin mənzildə qeydiyyatda olması onun həmin əmlak üzərində mülkiyyət hüququnun olması demək deyil.
Vəkilin sözlərinə görə, xüsusilə ər-arvad münasibətlərində boşanmadan sonra tərəflərdən birinin digər tərəfin valideyninə məxsus evdə qeydiyyatda qalması ilə bağlı hallar geniş yayılıb. Məsələn, gəlin qayınana və ya qayınatasının evində qeydiyyatda ola bilər. Boşanmadan sonra isə həmin şəxs faktiki olaraq evdə yaşamır, başqa ünvanda yaşayır, lakin qeydiyyatı əvvəlki ünvanda qalır.
Adil Piriyev qeyd edib ki, belə vəziyyətdə məsələyə yalnız qeydiyyat faktına görə yanaşmaq düzgün deyil. Şəxsin həmin evdə faktiki yaşayıb-yaşamaması, qeydiyyatının hansı əsaslarla aparılması və əmlak sahibinin hüquqlarının necə təsirləndiyi də nəzərə alınmalıdır.
“Şəxs vətəndaş həmin evdə yaşayırsa, qeydiyyatda olması ilə bağlı məsələ bir qədər fərqli qiymətləndirilir. Amma söhbət yalnız qeydiyyatdan gedirsə və şəxs uzun müddətdir həmin ünvanda yaşamırsa, burada mülkiyyətçinin hüquqları da nəzərə alınmalıdır. Xüsusilə ər-arvad münasibətlərinin pozulmasından sonra tərəflərdən biri digər tərəfin, məsələn, qaynanasının və ya qaynatasının evində qeydiyyatda qalır, lakin artıq həmin evdə yaşamırsa, bu halda mülkiyyətçi həmin şəxsin qeydiyyatdan çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müraciət edə bilər”, – deyə vəkil bildirib.
Onun sözlərinə görə, belə hallarda şəxsin uzun müddət həmin ünvanda yaşamaması və digər halların mövcudluğu müvafiq qaydada sübut edilməlidir. Məsələyə məhkəmə qaydasında baxıldığı zaman tərəflərin faktiki yaşayış yeri, əmlak üzərində mülkiyyət hüququ və digər hüquqi hallar araşdırıla bilər.
Vəkil vurğulayıb ki, evdə qeydiyyatda olmaq həmin şəxsə avtomatik olaraq evdən pay və ya mülkiyyət hüququ qazandırmır. Daşınmaz əmlakın sahibi ilə həmin ünvanda qeydiyyatda olan şəxsin hüquqi statusu bir-birindən fərqlidir. Bu səbəbdən də boşanmadan sonra keçmiş gəlinin qayınanaya və ya qayınataya məxsus evdə qeydiyyatda qalması həmin evin ona məxsus olması və ya evdən mütləq pay tələb edə bilməsi anlamına gəlmir.
Həmçinin oxuyun
“Burada əsas məsələ mülkiyyətçinin hüquqlarının da qorunmasıdır. Şəxs artıq həmin ünvanda yaşamırsa, uzun müddətdir başqa yerdə yaşayırsa və bunu təsdiq edən hallar varsa, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edə bilər. Əgər məhkəmə müəyyən etsə ki, həmin şəxsin bu ünvanda qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur və o, faktiki olaraq burada yaşamır, müvafiq qərar qəbul edilə bilər”, – deyə Adil Piriyev bildirib.
Mütəxəssis əlavə edib ki, belə hallarda “qeydiyyatdan çıxarılsam, mənə mütləq kompensasiya ödənilməlidir” yanaşması da hər zaman hüquqi əsaslı deyil. Kompensasiyanın tələb edilib-edilməməsi konkret vəziyyətdən, şəxsin həmin əmlak üzərində hər hansı hüququnun olub-olmamasından və digər hüquqi hallardan asılıdır.
Onun sözlərinə görə, mülkiyyətçinin evindən istifadə etməyən və yalnız formal olaraq həmin ünvanda qeydiyyatda olan şəxslə bağlı məsələnin həlli üçün qanuni prosedurlardan istifadə etmək mümkündür. Bunun üçün mülkiyyətçi mövcud vəziyyəti təsdiqləyən sənədləri və digər sübutları toplamalı, zərurət yarandıqda məhkəməyə müraciət etməlidir.
Vəkil vətəndaşlara belə hallarda məsələni yalnız şifahi razılaşmalar və ya qarşılıqlı iddialarla həll etməyə çalışmağı deyil, hüquqi vəziyyəti düzgün müəyyənləşdirməyi tövsiyə edib. Çünki qeydiyyat məsələsi ilə mülkiyyət hüququ eyni anlayış deyil və hər bir konkret işdə şəxsin həmin evə hansı əsasla qeydiyyata düşməsi, orada faktiki yaşayıb-yaşamaması və əmlak sahibinin hüquqlarına təsiri ayrıca qiymətləndirilməlidir.
Adil Piriyev sonda bildirib ki, xüsusilə boşanmadan sonra keçmiş həyat yoldaşının və ya onun qohumlarının evində qeydiyyatda qalan şəxslərlə bağlı məsələlərdə hüquqi prosedurun düzgün seçilməsi vacibdir. Mübahisənin məhkəməyə qədər və ya məhkəmə qaydasında həlli üçün konkret vəziyyətə uyğun hüquqi qiymətləndirmə aparılmalıdır.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?
Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...
26 Oktyabr 2026, 11:40
Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi
Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...
26 Oktyabr 2026, 10:40
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...
23 Oktyabr 2026, 11:00
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...
23 Oktyabr 2026, 10:00
Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi
Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...
23 Oktyabr 2026, 09:00
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40