Bizə yazın

Baku

-°C

USD

-

Həkim səhvinə görə məhkəməyə müraciət etmək olar – Vəkil AÇIQLADI 

Hüquq 02 Oktyabr 2026, 10:20

2892

Tibbi müdaxilə zamanı pasiyentin sağlamlığına zərər dəyməsi və ya müalicənin gözlənilən nəticəni verməməsi hallarında vətəndaşların hansı hüquqlara malik olması ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə aparılan əməliyyat və ya müalicə nəticəsində səhhətində əlavə problemlər yaranan şəxslər belə vəziyyətdə hüquqi müstəvidə hansı addımları ata biləcəklərini bilmək istəyirlər.

Vəkil Cavid Citypost.az-a açıqlamasında bildirib ki, tibbi xidmət zamanı yol verilmiş mümkün pozuntu nəticəsində şəxsin sağlamlığına zərər dəydiyi müəyyən edilərsə, vətəndaş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.

Onun sözlərinə görə, burada ilk növbədə tibbi müdaxilənin hansı şəraitdə həyata keçirildiyi, pasiyentin hansı müalicəni aldığı, həkimin və ya tibb müəssisəsinin üzərinə düşən öhdəliklərin yerinə yetirilib-yetirilmədiyi və sağlamlığa dəymiş zərərin səbəbləri araşdırılmalıdır.

“Əgər həkim tərəfindən səhv aparılmış əməliyyat və yaxud müalicə nəticəsində şəxsin sağlamlığına zərər vurulubsa və ya sağlamlığının bərpası üçün böyük həcmdə əlavə vəsait tələb olunursa, bu halda vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Belə vəziyyətdə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb irəli sürülə bilər”, – deyə vəkil bildirib.

Hüquqşünas qeyd edib ki, belə məsələlərdə yalnız pasiyentin müalicədən narazı qalması kifayət etmir. Tibbi müdaxilə ilə yaranmış zərər arasında səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bunun üçün tibbi sənədlər, müayinə nəticələri, epikrizlər, analizlər, əməliyyatla bağlı sənədlər, ödəniş qəbzləri və digər sübutlar əhəmiyyətli ola bilər.

Vəkilin sözlərinə görə, sağlamlığa dəymiş zərərin xarakteri və yaranmasına səbəb olan hallar müəyyən edildikdən sonra vətəndaş həm çəkdiyi real xərclərin, həm də qanunvericiliyin tələblərinə uyğun olaraq mənəvi zərərin kompensasiyasını tələb edə bilər.

Maddi zərər dedikdə müalicə, əlavə tibbi müdaxilə, dərman preparatları, müayinələr və sağlamlığın bərpası ilə əlaqədar digər əsaslandırılmış xərclər nəzərdə tutula bilər. Mənəvi zərər isə şəxsin keçirdiyi fiziki və mənəvi iztirablarla bağlı ayrıca hüquqi tələb predmeti ola bilər.

Cavid vurğulayıb ki, tibbi xidmətlə bağlı mübahisələrdə vətəndaşın əlində olan sənədlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Pasiyent müalicə aldığı tibb müəssisəsindən tibbi sənədlərinin surətlərini əldə etməli, çəkdiyi xərcləri təsdiqləyən sənədləri saxlamalı və səhhətində yaranmış dəyişiklikləri mümkün qədər sənədləşdirməlidir.

“Belə hallarla qarşılaşmısınızsa, məsələni hüquqi baxımdan düzgün qiymətləndirmək və hüquqlarınızı müdafiə etmək üçün müvafiq qaydada müraciət edə bilərsiniz. Hər bir konkret iş üzrə tibbi sənədlər və digər sübutlar araşdırılmalıdır”, – deyə vəkil əlavə edib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40