Azərbaycanda polkovnik-leytenant həbs olundu

Hüquq

06 Dekabr 2024, 18:51
Azərbaycanda polkovnik-leytenant həbs olundu
111

Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.

Bu barədə  CityPost.az-a Azərbaycan hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - F.Əliyev bildirib.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%