Formula-1 Bakıda bu tarixlərdə keçiriləcək
İdman 04 Fevral 2025, 14:29
30933
Formula-1 qarşıdakı çempionatının həftəsonları keçirilən yürüşlərinin təqvimini təqdim edib.
Citypost.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Qran-Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək, onun təqvimi isə aşağıdakı kimi olacaq:
Azərbaycan Qran-Prisi:
19 sentyabr
12:30 - 13:30 – birinci sessiya
16:00 - 17:00 – ikinci sessiya (sprint təsnifat).
Həmçinin oxuyun
20 sentyabr
12:30 - 13:30 – üçüncü sessiya (sprint)
16:00 - 17:00 – ikinci sessiya (təsnifat).
21 sentyabr
14:00 - əsas yürüş.
2025-ci ildə Formula-1-də ümumilikdə 24 mərhələnin keçirilməsi planlaşdırılıb – çempionat martın 16-da Avstraliyada başlayacaq və dekabrın yeddisi Əbu-Dabidə yekunlaşacaq. Mövsümə sprintli altı mərhələ daxildir – Çin, Mayami, Belçika, ABŞ (Ostin), San-Paulu və Qətər.
Millimiz Finlandiyaya məğlub oldu
16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının birinci təsnifat mərhələsində ikinci oyununu keçirib.Citypost.az xəbər verir ki, yığmamız Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin B qrupunda Finlandiya ilə qarşılaşıb.Azərbaycan millisi ilk setdə 25:20 hesabı ilə qalib gəlsə də, üstünlüyünü qoruya bilməyib. Növbəti üç setdə rəqib 25:17, 25:12 və 25:16 hesabları ilə üstün olub.Beləliklə, qarşılaşma Finlandiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Latviyaya 0:3 hesabı ilə məğlub olub. Bununla da yığmamız seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyətini alıb....
21 Noyabr 2026, 08:16
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək oyuna müxtəlif ölkələrdən azarkeşlər bilet əldə ediblər.Citypost.az xəbər verir ki, Masazır klubunun sosial şəbəkə hesabında yayılan məlumata əsasən, qarşılaşmanı izləmək üçün 74 ölkədən bilet sifariş edilib.Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
20 Noyabr 2026, 09:10
Hakimə daş atdı, 8 il futboldan kənarlaşdırıldı
Ekvadorda hakimə daş atan oyunçuya 8 il futboldan kənarlaşdırma cəzası verilib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də Ekvadorun üçüncü liqasında “Syudad de Yantazasa” və “Rio Aqariko” komandaları arasında keçirilən oyunda baş verib.Qarşılaşmanın əlavə vaxtının altıncı dəqiqəsində futbolçu Con Berlathanın atdığı daş köməkçi hakim Lenin Covanni Oheda Nunyesə dəyib. Nəticədə xəsarət alan hakim əməliyyat olunub və onun 60 günədək müalicə və reabilitasiya prosesinə ehtiyac duyduğu bildirilib.Ekvador Futbol Federasiyasının İntizam Komitəsi hadisəni araşdırdıqdan sonra Berlathaya 8 il futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırma cəzası verib. Qərara əsasən, cəza 2034-cü il oktyabrın 19-dək qüvvədə olacaq.Bundan əlavə, federasiya cəzanın beynəlxalq səviyyədə tətbiqi üçün...
19 Noyabr 2026, 17:25
Xankəndidəki oyunda topa ilk zərbəni şəhid övladı vurdu
Xankəndidə keçirilən ilk çempionat matçında topa ilk zərbəni şəhid övladı vurub.Citypost.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun oğlu mərkəzdə topa simvolik zərbə endirib.Qeyd edək ki, Xankəndidə keçirilən Birinci Liqa matçında “Xankəndi” və “Karvan-Yevlax” üz-üzə gəlir.
19 Noyabr 2026, 16:42
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Bu gün Azərbaycan I Liqasında VIII tura start veriləcək.Citypost.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.MOİK “Səbail”i, “Mingəçevir” isə “Baku Sportinq”i qəbul edəcək.Günün əsas oyunu Xankəndidə baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi ilk dəfə bu arenada meydana çıxacaq. Komandanın rəqibi “Karvan-Yevlax” olacaq.Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 7-də Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.Azərbaycan I LiqasıVIII tur19 noyabr14:00 MOİK – "Səbail"14:30 "Mingəçevir" – "Baku Sportinq"16:00 "Xankəndi" – "Karvan-Yevlax"...
19 Noyabr 2026, 09:57
Xankəndidə mini futbol turniri başa çatıb
Noyabrın 18-də Xankəndi şəhərində Zəfər Gününə həsr olunmuş mini futbol turniri başa çatıb.APA-nın Qarabağ bürosunun xəbərinə görə, turnirdə Xankəndi şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 15 komanda mübarizə aparıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında ANAMA FK ilə Xüsusi Təyinatlı Qüvvələrin komandası qarşılaşıb. Görüş ANAMA FK-nın qələbəsi ilə başa çatıb və komanda turnirin qalibi olub.Qeyd edək ki, turnir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.Turnirin keçirilməsində məqsəd dövlət qurumları arasında əməkdaşlığı və komanda...
19 Noyabr 2026, 08:20