Bizə yazın

Baku

-°C

USD

-

Səhiyyə xərcləri 3,8 faiz artırılacaq

İqtisadiyyat 15 Aprel 2025, 18:24

14540

Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.

Citypost.az-ın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 2 milyard 069 milyon 680.4 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 76 milyon 102 min manat, yaxud 3,8 faiz çoxdur. 2025-ci ildə səhiyyə sahəsinə 1 milyard 993 milyon 578,3 min manat ayrılması nəzərdə tutulub.

Səhiyyə xərcləri 2027-ci ildə 2 milyard 145 milyon 131.3 min manat, 2028-ci ildə 2 milyard 241 milyon 524.4 min manat, 2029-cu ildə 2 milyard 332 milyon 409.1 min manat olacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti artıb.Citypost.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı neftin bir bareli 2,8 dollar və ya 2,8 faiz qalxaraq 102,68 dollara çatıb.Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

14 Noyabr 2026, 09:59

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.

13 Noyabr 2026, 18:09

Azərbaycanda sahibkar qadınların sayı açıqlandı

"İqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtidir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən çoxdur, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır".Citypost.az xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.Nazir müavini bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın...

13 Noyabr 2026, 18:00

Əməkhaqqı ilə bağlı 200 milyon manatlıq təklif: Nələr dəyişəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov minimum əməkhaqqının gəlir vergisindən azad olunmasını təklif edib. O bildirib ki, minimum əməkhaqqı alan vətəndaşların gəlirləri yüksək olmadığına görə vergiyə cəlb olunması arzuolunan deyil.Maraqlıdır, bu təklif qəbul olunarsa, işçilər ilə minimum əməkhaqqı əsasında əmək müqaviləsi bağlanması tendensiya halını ala bilərmi?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran deputat Vüqar Bayramov vurğulayıb ki, nominal minimum əməkhaqqı ilə real minimum əməkhaqqı arasında fərqlər mövcuddur:"Əksər ölkələrdə minimum əməkhaqqı vergidən azaddır, biz də oxşar praktikanın Azərbaycanda...

12 Noyabr 2026, 13:48

Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib

Azərbaycan və Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrənin Cenevrə şəhərinə səfər çərçivəsində noyabrın 10-11-də Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.Konfrans çərçivəsində "Qlobal investisiyaların növbəti onilliyi" mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların...

11 Noyabr 2026, 17:41

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.Bu yenilik hansı üstünlükləri vəd edir?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur:“Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar....

11 Noyabr 2026, 09:35