Həmin müəllim işdən çıxarıldı
Cəmiyyət 18 Sentyabr 2024, 11:45
59053
İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib.
Citypost.az xəbər verir ki, bu barədə Mil - Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı araşdırma aparılıb.
Həmçinin oxuyun
Məlumata görə, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
"Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib, - İdarənin məlumatında bildirilib.
Qazaxda iki nəfər bıçaqlanıb
Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.Faktla bağlı araşdırma aparılır....
22 Noyabr 2026, 10:37
Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.Oxu.Az-ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib.Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır....
22 Noyabr 2026, 10:18
İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə CityPost.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
22 Noyabr 2026, 09:57
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.CityPost.az xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola saldılar.
21 Noyabr 2026, 22:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
21 Noyabr 2026, 16:21
Xalqın İnamından Doğan Güc: Yeni Azərbaycan Partiyasının Şərəfli Yolu
Milli Məclisin deputatı Ceyhun Məmmədov1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hakimiyyət böhranı, xaos və idarəçilik səriştəsizliyi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən Ermənistanın hərbi təcavüzü və etnik separatçılıq meyilləri ölkəni uçuruma aparırdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan ziyalılarının 91 nəfər tanınmış nümayəndəsi ("91-lər") 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş etdilər.Bu cəsarətli addımlar və 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı nəticəsində Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə bu qərar qəbul edilməsə, Ulu Öndər xalqın təkidli tələbi...
21 Noyabr 2026, 15:48