Bizə yazın

Baku

-°C

USD

-

Qulu Məhərrəmli Xəyyam Mirzəzadəni yad edib: “Qüdrətli sənətkarımız”

Sənət aləmi 06 Oktyabr 2026, 10:00

3205

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Xəyyam Mirzəzadəni doğum günü münasibətilə yad edib.

Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, geniş auditoriya Xəyyam Mirzəzadəni daha çox “Yeddi oğul istərəm” filminin bəstəkarı kimi tanısa da, sənətkar çoxsaylı simfonik əsərlərin, süitaların, balet və mahnıların müəllifidir.

“Azərbaycanın görkəmli bəstəkarı, uzun müddət Konservatoriyanın kompozisiya kafedrasının müdiri, professor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatıdır”, – deyə professor qeyd edib.

Onun sözlərinə görə, “Yeddi oğul istərəm” filmi ilə yanaşı, “Bakıda küləklər əsir”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Arxada qalmış gələcək” kimi filmlərin də musiqisi Xəyyam Mirzəzadəyə məxsusdur.

Q.Məhərrəmli qeyd edib ki, bəstəkar ümumilikdə 40-a yaxın bədii və sənədli filmə musiqi yazıb, Tofiq Tağızadə, Arif Babayev, Məmməd Dadaşov, Əlisəttar Atakişiyev və Yuli Qusman kimi rejissorlarla əməkdaşlıq edib.

“Bu adam Maestro deyib sevgi ilə xatırladığımız qüdrətli sənətkarımız Xəyyam Mirzəzadədir. Azərbaycan musiqi tarixində xüsusi yeri olan Xəyyam müəllim, həm də şəxsiyyəti, həqiqətpərəstliyi, tənqidi düşüncəsi ilə fərqlənirdi. Çox prinsipial və cəsarətli adam idi, nazirin üzünə ‘sən bunu düz eləmirsən’, TV sədrinə isə ‘sən yerində olan adam deyilsən’ sözlərini şax deyə bilirdi. Həm də bu cəhətinə görə böyük şəxsiyyət idi”, – deyə professor yazıb.

Q.Məhərrəmli Xəyyam Mirzəzadənin doğum gününün 5 oktyabr olduğunu xatırladıb.

“Bu gün (5 oktyabr) Maestronun doğum (1935–2018) günüdür. Sevgi və sayğı ilə yad edirik. Allah rəhmət eləsin, ruhu şad olsun!” – deyə o əlavə edib.

Turan 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dilarə Əliyevaya vəzifə verildi

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.

24 Oktyabr 2026, 15:20

Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı 

Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!

21 Oktyabr 2026, 18:00

Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək

Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az  xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...

20 Oktyabr 2026, 18:19

Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”

Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...

16 Oktyabr 2026, 09:02

Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....

14 Oktyabr 2026, 17:27

Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...

08 Oktyabr 2026, 09:33