Prezident yeni fərman imzaladı
Siyasət 17 Mart 2025, 11:04
24266
Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
CityPost.az fərmanın mətnini təqdim edir:
1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
1.1. Azərbaycan Respublikasının Prezidentinə:
1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
1.1.2. Cəmiyyətin icra orqanının yaradılması;
1.1.3. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
1.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
1.2.2. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
Həmçinin oxuyun
1.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
1.2.5. bu Fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
1.3.2. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;
1.3.3. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.
2. Müəyyən edilsin ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Aydın Quliyev: Vyetnamla tərəfdaşlıq Azərbaycanın geosiyasi xəritəsini genişləndirir
Vietnam-Azərbaycan əlaqələri bir neçə nöqteyi-nəzərdən həm tarixi, həm də geosiyasi əhəmiyyətə malikdir. Tarixi əhəmiyyət onunla izah olunur ki, Vietnam-Azərbaycan əməkdaşlığının kökləri ötən əsrin ortalarına, II Dünya müharibəsindən sonrakı dövrlərə təsadüf edir. Sovet Azərbaycanında Vietnamla əlaqələr, Vietnamın neft sənayesinin yüksəlişində Azərbaycan neftçilərinin iştirakı, Vietnamla Azərbaycanın arasında, düzdür, Sovet dövləti kontekstində humanitar-təhsil əlaqələri bu gün o əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı fundament rolunu oynayır. Heç təsadüfi deyil ki, 90-cı illərin ortalarından, yəni Azərbaycan müstəqilliyə qovuşandan sonra da bu ənənə unudulmadı və Heydər Əliyevin dövründən də Vietnam ilə Azərbaycanın münasibətləri daha da dərinləşdirilməyə başladı. Bu əlaqələrin tarixi kökü var, cəmiyyətlərin və dövlətlərin arasında...
20 Noyabr 2026, 16:05
Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, spiker əvvəlcə Türkmənistan Məclisini MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması münasibətilə təbrik edib.Çıxışında Milli Məclisin sədri Assambleyanı açıq dialoq platforması kimi xarakterizə edərək, bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə oluna biləcəyini və dövlətlərin milli prioritetlərini nəzərə alaraq razılaşdırılmış yanaşmalar tapıla biləcəyini qeyd edib.Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələrimiz arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.Qeyd...
20 Noyabr 2026, 15:30
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.Citypost.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada...
20 Noyabr 2026, 15:26
Hörmüz boğazında təhlükəsizlik böhranı dünya enerji bazarını təhdid edir
Yaxın Şərqdə davam edən müharibə artıq regional sərhədləri aşaraq beynəlxalq enerji və dəniz nəqliyyatı sisteminə ciddi təsir göstərir. Bunun ən həssas nöqtələrindən biri Hörmüz boğazıdır. Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən bu strateji su yolu dünya enerji ticarətində mühüm mövqeyə malikdir. Burada təhlükəsizliyin pozulması neft daşımalarının ləngiməsi, sığorta xərclərinin artması və qlobal bazarlarda qiymət dəyişiklikləri ilə nəticələnə bilər.Citypost.az xəbər verir ki, bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca bildirib.Ekspertin sözlərinə görə,son günlər boğazda ticarət gəmilərinə qarşı hücumlar barədə məlumatlar vəziyyətin ciddiliyini bir daha göstərib."Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkəti ADNOC-un logistika bölməsi noyabrın 18-də gəmilərindən birinə hücum edildiyini,...
20 Noyabr 2026, 15:22
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri ilə bağlı bu ölkənin mətbuatında xəbərlər, analitik yazılar yayımlanıb.Citypost.az xəbər verir, Vyetnamın VOV dövlət radiosu Milli Assambleyanın sədri Çan Tan Manla Prezident İlham Əliyevin görüşünü iki ölkə arasında parlamentlərarası əlaqələrin və siyasi dialoqun inkişafı baxımından təqdim edib.
20 Noyabr 2026, 15:12
Tahir Rzayev: İlham Əliyevin Vyetnam səfəri strateji tərəfdaşlığa təkan verəcək
Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı tarixi ənənələrə əsaslanır və bu ənənələr bu gün də uğurla davam etdirilir. Hələ Sovetlər dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən, eləcə də SSRİ Nazirlər Sovetinin birinci müavini olduğu dövrdə Vyetnamın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Azərbaycan mütəxəssisləri Vyetnamda neftin çıxarılmasında, qazın istehsalında yaxından iştirak ediblər. Ulu Öndərin 1983-cü ildə Vyetnama səfəri bu dostluq ənənələrinin təməlini qoyub, onlar bu gün də möhkəmləndirilir.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Oxu24.com-a açıqlamasında bildiribTahir Rzayevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri...
20 Noyabr 2026, 14:12