Ceyhun Bayramov Britaniya XİN rəhbəri ilə Azərbaycan-Ermənistan arasında sülh prosesinin hazırkı durumunu müzakirə edib
Siyasət 19 Mart 2025, 14:44
18175
19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması məqsədilə müvafiq düzəlişin edilməsinin vacib olduğu vurğulanıb. Bununla yanaşı, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.
Həmçinin oxuyun
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Razi Nurullayev erməni partiya rəhbəri ilə görüşdü – NƏLƏR MÜZAKİRƏ OLUNDU?
Razi Nurullayev Vyanada “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmond Marukyanla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında məlumat paylaşıb.R. Nurullayev bildirib ki, beynəlxalq təşkilatların təşkilatçılığı ilə keçirilən ənənəvi görüşlər çərçivəsində Avstriya Milli Müdafiə Akademiyasında baş tutan müzakirələr açıq və konstruktiv atmosferdə keçib.Görüşdə regiondakı vəziyyət, Azərbaycan və Ermənistandakı siyasi proseslər, sülh müqaviləsinin perspektivləri və TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparılıb.Nurullayevin sözlərinə görə, əvvəllər radikal mövqeləri ilə seçilən bəzi erməni siyasi dairələrində konstruktiv yanaşmaya meyillər müşahidə olunur. O, bunu davamlı sülhün formalaşması baxımından əhəmiyyətli tendensiya adlandırıb.Razi Nurullayev müzakirələrdə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini qaldırdığını vurğulayıb:“Ermənistan Konstitusiyasında Azərbaycana...
10 Noyabr 2026, 17:42
Ermənistan üçtərəfli Bəyanatı niyə TƏHRİF EDİR? - ŞƏRH
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanatın altıncı ildönümü Ermənistan mediasında yenidən geniş müzakirələrə səbəb olub. Lakin bu müzakirələrdə diqqət çəkən məqam sənədin hüquqi məzmunundan daha çox onun Ermənistanın daxili siyasi mübarizəsində istifadə edilməsidir. Bəzi erməni nəşrləri və siyasi qüvvələr müharibənin nəticələrini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və sonrakı prosesləri elə təqdim etməyə çalışırlar ki, sanki Ermənistanın üzləşdiyi bütün problemlərin məsuliyyəti Azərbaycanın üzərinə düşür.Citypost.az xəbər verir ki, bu barədə Oxu24.com-a açıqlamsında ekspert Şəmsi Qoca deyib."NEWS.am 9 noyabr tarixli materialında bəyanatın doqquz bəndindən bir sıra öhdəliklərin yerinə yetirilmədiyini iddia edir. Xüsusilə əsirlərin dəyişdirilməsi və regional nəqliyyat əlaqələrinin açılması məsələləri...
10 Noyabr 2026, 16:14
Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
İrəvanın tarixi Göy məscidində erməni şairinin adının yaşadılması və büstünün qoyulması təşəbbüsü təkcə mədəni tədbir deyil. Bu hadisə Azərbaycanın tarixi-mədəni irsinə münasibəti, Ermənistanın mənimsəmə siyasətini və İranın regional maraqlarını yenidən gündəmə gətirir.İrəvanda baş verənlərə baxın! Bir vaxtlar İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə tikilmiş, Azərbaycan tarixinin və memarlıq irsinin yadigarı olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarensin adı verilir. Bununla da kifayətlənmirlər, həmin zalda Çarensin büstünün qoyulması planlaşdırılır. Mərasimdə isə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şəxsən iştirak edir.Adamdan soruşarlar: Göy məscid hara, Yeğişe Çarens hara? Məscid hara, şair büstü hara? Məscidin öz tarixi, öz qurucusu, öz milli-mədəni yaddaşı...
10 Noyabr 2026, 14:43
4 şəhərimizdəki hava limanlarının koordinatlarını SEPAH-a kim ötürüb? – ŞOK AD
“Azərbaycanın bir neçə rusdilli saytı Rusiyanın “Telegram” kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir”.Citypost.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:Politoloq bildirib ki, məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb: İnternet mağaza“Bundan başqa Çinin “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusu (SEPAH) ilə peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq...
10 Noyabr 2026, 12:40
Azərbaycan XİN Polşadakı atışma ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsi ilə bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.“Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsindən dərindən kədərləndik.Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı çatdırır, xəsarət alanlara tezliklə şəfa diləyirik.Bu çətin zamanda düşüncələrimiz Polşa xalqı ilədir”, – paylaşımda bildirilib.FiruzəFiruzə Vahid...
10 Noyabr 2026, 12:35
İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Türkiyə-Azərbaycan birliyi əbədidir! https://t.co/EO7CqBBmQg— İlham Əliyev (@azpresident) November 10, 2026
10 Noyabr 2026, 10:18