Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə apardı

Siyasət 19 Mart 2025, 17:13

33946

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 19-da Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefonla danışıb.

XİN-dən Citypost.az-a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir-birilərini ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıblar.

Azərbaycan-Bəhreyn əməkdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, ereji təhlükəsizliyi, mədəni istiqamətlər üzrə hazırkı durumu və perspektivləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Bəhreynin “Manama Dialoqu” təşəbbüsündə fəal iştirakı, o cümlədən təhlükəsizlik problemlərinin müzakirəsi baxımından bu platformanın əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Muradov: Azərbaycan–Vyetnam əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində diplomatik fəallığı yalnız iqtisadi tərəfdaşların coğrafiyasını genişləndirmək məqsədi daşımır. Bu siyasətin arxasında beynəlxalq münasibətlərin dəyişən xarakterini düzgün qiymətləndirmək, yeni siyasi və iqtisadi imkanlardan milli mənafelərə uyğun istifadə etmək kimi daha geniş strateji yanaşma dayanır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də Azərbaycan–Vyetnam münasibətlərinin gələcəyinə məhz bu müstəvidən baxmağa əsas verir. Burada diqqəti cəlb edən başlıca məqam tarixən formalaşmış dövlətlərarası əlaqələrin müasir geosiyasi şəraitdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sisteminə çevrilməsidir.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.Rövşən Muradovun sözlərinə görə, Bakı ilə Hanoy arasında siyasi münasibətlərin dəyəri, ilk növbədə, dövlətçilik...

20 Noyabr 2026, 10:05

Pərvanə Vəliyeva: Ağdamın azad edilməsi tarixi ədalətin bərpasının təntənəsidir

20 Noyabr tarixi Ağdamın uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, dövlətimizin siyasi iradəsini və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar bir gündür. Ağdam Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli kimliyinin, zəhmətsevərliyinin və Qarabağ torpağına bağlılığının rəmzidir. Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, kənd təsərrüfatı potensialı və zəngin təbii sərvətləri onun iqtisadi inkişafında mühüm rol oynamışdır. Ağdamın tanınmış abidələri sırasında Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni nümunələr xüsusi yer tutur.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın...

20 Noyabr 2026, 09:52

Prezident İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub.Bu barədə Citypost.az xəbər verib.

20 Noyabr 2026, 09:23

İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.Bu barədə Citypost.az xəbər verir ki,  məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.

20 Noyabr 2026, 08:51

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib.Bu barədə Citypost.az xəbər verir ki,abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

20 Noyabr 2026, 08:48

Qulamhüseyn Əlibəyli: Paşinyan hakimiyyəti öz əlində cəmləşdirir

Ermənistanda yeni konstitusiya layihəsi hələ ictimaiyyətə tam açıqlanmayıb, amma ondan gələn ilk konkret xəbər maraqlıdır. Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" qəzetinə təsdiqləyib ki, yeni Əsas Qanunda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulmur. Qəzet bu açıqlamanı belə şərh edib ki, yeni Konstitusiya qəbul olunarsa, hazırda bu vəzifəni tutan Alen Simonyan postunu itirəcək. Bu açıqlamaya və qəzetin şərhinə 2 aspektdən yanaşmaq olar. Birincisi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etdiyi və əsas funksiyası təsbit olunur. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi digər...

20 Noyabr 2026, 00:59