Prezident onu vəzifədən azad etdi — Yeni təyinat
Siyasət 15 Aprel 2025, 18:46
26429
Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Digər sərəncamla o, maliyyə nazirinin birinci müavini təyin edilib.
Həmçinin oxuyun
Həmçinin Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Ülviyyə Həmzəyeva: Kəlağayı sənətini gələcək nəsillərə ötürməliyik
Bu gün, noyabrın 26-da Azərbaycan Kəlağayısı Günüdür. Azərbaycan xalqının yaddaşında, məişətində və mədəni həyatında özünəməxsus yeri olan kəlağayı yalnız qadın baş örtüyü deyil, əsrlərin sınağından çıxmış milli sənət nümunəsi, zərifliyin, zövqün və mənəvi dəyərlərin rəmzidir. Hər naxışında xalqın tarixindən, adət-ənənəsindən izlər daşıyan bu sənət nümunəsi nəsildən nəslə ötürülərək günümüzə qədər gəlib çatıb.2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu qərar həm kəlağayının dünya miqyasında tanınmasına, həm də onun qorunması və yaşadılması istiqamətində fəaliyyətin daha da genişlənməsinə yol açıb. Bu gün Azərbaycanda kəlağayı ustalarının dəstəklənməsi, ənənəvi sənətkarlığın inkişafı, festivalların, sərgilərin və...
26 Noyabr 2026, 20:04
Azərbaycan XİN Misirdə 31 nəfərin öldüyü yanğınla bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Misirin Giza vilayətində yanacaq daşıyan yük maşınının qəzası nəticəsində baş verən yanğınla bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə, Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə və tam sağalmalarını arzulayıb.Qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb....
26 Noyabr 2026, 17:00
Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib.Görüş zamanı iştirakçılar Alen Simonyana onları maraqlandıran sualları ünvanlayıblar.Tərəflər arasında fikir və mülahizələr mübadiləsi aparılıb.Qeyd edək ki, Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh...
26 Noyabr 2026, 17:00
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfər edəcək
Slovakiyanın Baş nazirin müavini, mədəniyyət naziri Martina Şimkoviçova dekabrda Azərbaycana işgüzar səfər edəcək."Report" xəbər verir ki, bu barədə o, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və fəxri konsul Cəlal Qasımovla görüşün yekunlarına dair sosial şəbəkələrdə məlumat verib."Biz Slovakiya-Azərbaycan mədəni əlaqələrinin gələcək inkişaf imkanlarını, eləcə də dekabr ayında Azərbaycana edəcəyim işgüzar səfərin hazırlıqlarını müzakirə etdik. Mədəniyyətin ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın bir hissəsi olması məni sevindirir. Bizim ümumi məqsədimiz mədəniyyət müəssisələri, incəsənət xadimləri və ekspertlər arasında birbaşa əlaqələr üçün şərait yaratmaq, həmçinin birgə layihələrin həyata keçirilməsinə kömək etməkdir", - o yazıb.Nazir, həmçinin ənənəvi mədəniyyət, incəsənət, kino və mədəni irsin qorunması sahəsində...
26 Noyabr 2026, 14:38
SON DƏQİQƏ! İran səfirliyi həmin görüntülərə belə CAVAB VERDİ
Musavat.com sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiasıyla bağlı görüntüləri yayımlamışdı.Paylaşılan kadrlarda magistral yolda hərəkət edən hərbi yük maşınları, ağır texnika karvanı və səmada alçaqdan uçan hərbi helikopter əks olunurdu. Həmçinin videonun nə vaxt çəkildiyinin rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi də vurğlanmışdı. Eyni zamanda xüsusilə qeyd olunmuşdu ki, sosial media seqmentində paylaşılan bu görüntülərin köhnə hərbi təlimlərə aid ola biləcəyi də istisna edilmir.Musavat.com sosial şəbəkələrdə və mediada yayımlanmış iddialarla əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.Bir neçə saatdan sonra sorğumuza cavab olaraq təqdim olunmuş cavabı oxucularımızın diqqətinə çatdırırıq:“Sözügedən görüntülərin...
26 Noyabr 2026, 14:15
“Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan
“Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb”.“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.Simonyan Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb. “Bəli, səfər dekabrın əvvəlində baş tutacaq, lakin Bakıya olmayacaq. Ehtimal edirəm ki, ya Gəncə, ya da hər hansı başqa bir şəhər olacaq, amma Bakı yox”, - o deyib. Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlamışdı....
26 Noyabr 2026, 13:57